26.01.2026
Vətəndaşların şəxsi istifadə üçün gömrük ödənişlərini ödəmədən xaricdən ölkəyə gətirə biləcəyi malların dəyəri 300 dollardan 100 dollara endiriləcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirilib.
Duzxeber.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov APA-ya müsahibəsində onlarda bu barədə heç bir məlumatın olmadığını qeyd edib.
“Bu məbləğin 300 dollardan 100 dollara endirilməsi ciddi əsaslandırma tələb edir. Vaxtı ilə 300 dollar müəyyən edilərkən bu ən optimal bir rəqəm kimi arqumentləşdirilmişdir. İndi həmin rəqəmin 3 dəfə azaldılması ciddi suallar doğura bilər.
Həm də nəzərə almalıyıq ki, şəxsi istifadə üçün gətirilən mallar üzrə gömrük güzəşti limitinin 300 ABŞ dolları məbləğində müəyyən edilməsi özü-özlüyündə sosial mahiyyət daşıyır. Belə ki, bu vətəndaşların gündəlik tələbatının nisbətən əlverişli şərtlərlə ödənilməsinə xidmət edir. Optimal gömrük inzibatçılığı və nəzarəti şəraitində bu cür güzəştlərdən sui-istifadənin qarşısı alına bilər və vətəndaşlarımız bu imkanlardan istifadə edə bilərlər. Başqa sözlə, kommersiya xarakterli idxalın “şəxsi istifadə” adı altında rəsmiləşdirilməsi hallarının qarşısını 300 dollarlıq məbləği azaltmaqla yox, gömrük nəzarətini gücləndirməklə almaq olar.
Güzəştli limitin endirilməsi əvəzinə şəxsi istifadə ilə kommersiya idxalı arasındakı sərhədlər müvafiq qurumlar tərəfindən dəqiqləşdirilməli, eyni şəxsin qısa müddətdə çoxsaylı sifarişləri üzrə risk əsaslı nəzarət tədbirləri həyata keçirilməlidir. Bu məsələnin sosial effekti fiskal effektindən üstün tutulmalıdır”, – komitə sədri vurğulayıb.
Gömrük güzəşti 300 dollardan 100 dollara endirilir?
Vətəndaşların şəxsi istifadə üçün gömrük ödənişlərini ödəmədən xaricdən ölkəyə gətirə biləcəyi malların dəyəri 300 dollardan 100 dollara endiriləcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirilib.Duzxeber.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov APA-ya müsahibəsində onlarda bu barədə heç bir məlumatın olmadığını qeyd edib.
“Bu məbləğin 300 dollardan 100 dollara endirilməsi ciddi əsaslandırma tələb edir. Vaxtı ilə 300 dollar müəyyən edilərkən bu ən optimal bir rəqəm kimi arqumentləşdirilmişdir. İndi həmin rəqəmin 3 dəfə azaldılması ciddi suallar doğura bilər.
Həm də nəzərə almalıyıq ki, şəxsi istifadə üçün gətirilən mallar üzrə gömrük güzəşti limitinin 300 ABŞ dolları məbləğində müəyyən edilməsi özü-özlüyündə sosial mahiyyət daşıyır. Belə ki, bu vətəndaşların gündəlik tələbatının nisbətən əlverişli şərtlərlə ödənilməsinə xidmət edir. Optimal gömrük inzibatçılığı və nəzarəti şəraitində bu cür güzəştlərdən sui-istifadənin qarşısı alına bilər və vətəndaşlarımız bu imkanlardan istifadə edə bilərlər. Başqa sözlə, kommersiya xarakterli idxalın “şəxsi istifadə” adı altında rəsmiləşdirilməsi hallarının qarşısını 300 dollarlıq məbləği azaltmaqla yox, gömrük nəzarətini gücləndirməklə almaq olar.
Güzəştli limitin endirilməsi əvəzinə şəxsi istifadə ilə kommersiya idxalı arasındakı sərhədlər müvafiq qurumlar tərəfindən dəqiqləşdirilməli, eyni şəxsin qısa müddətdə çoxsaylı sifarişləri üzrə risk əsaslı nəzarət tədbirləri həyata keçirilməlidir. Bu məsələnin sosial effekti fiskal effektindən üstün tutulmalıdır”, – komitə sədri vurğulayıb.
Oxşar xəbərlər
-
24.01.2026Deputatlar nə yeyib-içir? — Milli Məclisin süfrəsi -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
6.12.2025Ölkəyə gətirilən “kartof” yükündən görün nə çıxdı - FOTO
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək



