Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun əmisi oğlu Həsən Cəfərova yeni vəzifə verilib.Duzxeber.az-ın Pravda.az-a istinad xəbərinə görə, H.Cəfərov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri təyin olunub.
AHİK sədri Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.
H.Cəfərov bundan əvvəl Konfederasiyanın Aparat rəhbəri vəzifəsində çalışıb.


