28-01-2026, 13:35
“Uşaqların tərbiyəsinə güclü təsir edən hazırda sistem sosial şəbəkələrdir. Bu, eyni zamanda uşaqların təhsilinə də təsir edir. Bununla bağlı bir sıra qadağalar və məhdudiyətlər olmalıdır".
Duzxeber.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
"Bilmək istərdim ki, bu məsələyə Milli Məclisdə baxılırmı? Avstraliyada ilk dəfə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkədən istifadəsi ilə bağlı belə qadağa qoyulub. Buna İngiltərə və İspaniya da hazırlaşır", - deyə nazir müavini bildirib.
Ombudsman Səbinə Əliyeva nazir müavininon çox vacib bir məsələyə toxunduğunu qeye edib: "Mən də öz növbəmdə demək istərdim ki, unutmamalıyıq ki, süni intellekt insan hüquqlarına ən böyük təhdiddir. Bu məsələlərə ciddi yanaşmalıyıq. Xüsusilə də uşaqlar arasında pis vərdişlərin yayılması. Mənim tərəfimdən hazırlanmış hesabatda “Roblox” adlı oyunla bağlı məsələ öz əksini tapıb. İstərdim ki, bunun qarşısı ciddi şəkildə alınsın”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, “Roblox”-a müraciət ünvanlanıb: “Komitə olaraq biz “Roblox” korporasiyasına rəsmi müraciət ünvanlamışıq. Bildiyiniz kimi, bu platforma geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər.
Rəsmi müraciətimizdə iradlarımızı bildirmişik və onların nəzərə alınmasını tələb etmişik. Əgər bu məsələlər əməkdaşlıq çərçivəsində həll olunarsa, bu yolu seçəcəyik. Əks halda isə qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyik. Hesab edirəm ki, təkcə uşaqların deyil, ümumilikdə vətəndaşların sosial şəbəkələrdə davranışı məsələsi də bizi ciddi addımlar atmağa vadar edir. Təəssüf ki, bəzən yalnız uşaqlar və gənclər deyil, yetkin yaşlı-başlı adamlar belə etik normaları və dəyərləri pozan davranışlar sərgiləyirlər”.
Uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyulması təklif olunur
“Uşaqların tərbiyəsinə güclü təsir edən hazırda sistem sosial şəbəkələrdir. Bu, eyni zamanda uşaqların təhsilinə də təsir edir. Bununla bağlı bir sıra qadağalar və məhdudiyətlər olmalıdır".Duzxeber.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
"Bilmək istərdim ki, bu məsələyə Milli Məclisdə baxılırmı? Avstraliyada ilk dəfə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkədən istifadəsi ilə bağlı belə qadağa qoyulub. Buna İngiltərə və İspaniya da hazırlaşır", - deyə nazir müavini bildirib.
Ombudsman Səbinə Əliyeva nazir müavininon çox vacib bir məsələyə toxunduğunu qeye edib: "Mən də öz növbəmdə demək istərdim ki, unutmamalıyıq ki, süni intellekt insan hüquqlarına ən böyük təhdiddir. Bu məsələlərə ciddi yanaşmalıyıq. Xüsusilə də uşaqlar arasında pis vərdişlərin yayılması. Mənim tərəfimdən hazırlanmış hesabatda “Roblox” adlı oyunla bağlı məsələ öz əksini tapıb. İstərdim ki, bunun qarşısı ciddi şəkildə alınsın”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, “Roblox”-a müraciət ünvanlanıb: “Komitə olaraq biz “Roblox” korporasiyasına rəsmi müraciət ünvanlamışıq. Bildiyiniz kimi, bu platforma geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər.
Rəsmi müraciətimizdə iradlarımızı bildirmişik və onların nəzərə alınmasını tələb etmişik. Əgər bu məsələlər əməkdaşlıq çərçivəsində həll olunarsa, bu yolu seçəcəyik. Əks halda isə qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyik. Hesab edirəm ki, təkcə uşaqların deyil, ümumilikdə vətəndaşların sosial şəbəkələrdə davranışı məsələsi də bizi ciddi addımlar atmağa vadar edir. Təəssüf ki, bəzən yalnız uşaqlar və gənclər deyil, yetkin yaşlı-başlı adamlar belə etik normaları və dəyərləri pozan davranışlar sərgiləyirlər”.
Oxşar xəbərlər
-
24-01-2026, 15:30Deputatlar nə yeyib-içir? — Milli Məclisin süfrəsi -
20-01-2026, 10:00“TikTok” bu hesablara məhdudiyyət tətbiq edəcək -
15-01-2026, 09:00Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir -
19-12-2025, 11:30İnsanların 50 yaşından sonra peşman olduqları 16 səhv -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
Dün, 15:00Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
-
Dün, 14:30Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı
-
Dün, 14:15Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Dün, 14:00AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
Dün, 13:45Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib
-
Dün, 13:15Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
-
Dün, 13:00Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib
-
Dün, 12:30Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb
-
Dün, 12:15Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb
-
Dün, 12:00Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb
-
Dün, 11:30Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb
-
Dün, 11:15Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
-
Dün, 11:15Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb
-
Dün, 11:00Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər
-
Dün, 10:30Xəzərdə zəlzələ olub
-
Dün, 10:15Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
-
Dün, 10:00Cüdoçularımız ilk günü medalsız bitirdilər
-
Dün, 09:45Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb
-
Dün, 09:30Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub
-
Dün, 09:15Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək
-
Dün, 09:00“Riyad” ticarət mərkəzində mebel sexi yanıb
-
1-05-2026, 18:00Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ
-
1-05-2026, 17:45Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək
-
1-05-2026, 17:30Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq
-
1-05-2026, 17:15Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"
-
1-05-2026, 17:00AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
-
1-05-2026, 16:45Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı
-
1-05-2026, 16:30Bakı Metropoliteni hakaton layihəsinə start verir
-
1-05-2026, 16:15İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
-
1-05-2026, 16:00Ermənistan da daxil, bütün qonşularımızla…


