Canlı yayım
29-01-2026, 16:30

AYNA əməkdaşları qaydaları belə pozur – Video


Bir vətəndaş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi əməkdaşlarının qaydaları pozduğunu əks etdirən video paylaşıb.

Duzxeber.az xəbər verir ki, AYNA əməkdaşlarının özbaşınalığı ilə bağlı video çəkən şəxs bildirib ki, o özü həmin yerdə avtomobil saxlayan zaman cərimələnib. Ancaq AYNA əməkdaşları qadağan olan yerdə xidməti avtomobillərini park edərək qayda pozur:

“Burada saxlayıb yaxınlıqdakı kafedə yemək yeməyə gediblər. Biz saxlayanda isə cərimə yazırlar”.

Sözügedən videoya şərh yazanlar da AYNA-nın qayda pozduğunu, hər yerdə özbaşınalıq etdiyini qeyd edib.

Sözügedən videonu və şərhləri təqdim edirik:

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.//tribuna.az

Xəbər lenti