30.01.2026
“‘Kərbəlaya gedənlər yol çəksin’ deyən icra başçısı: Sabirabadda dövlət məsuliyyəti harada bitir, təhqir haradan başlayır?”
"DogruXeber.tv" xəbər verir ki, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun 21 yanvar 2026-cı il tarixdə Türkədi kənd orta məktəbində yerli sakinlərlə keçirdiyi səyyar qəbul-görüş ictimai narazılıqla yadda qalıb. Rayon icra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, yerli idarə və müəssisə nümayəndələrinin iştirakı ilə keçirilən görüş zamanı icra başçısının səsləndirdiyi ifadələr dövlət-vətəndaş münasibətlərinə zidd olmaqla yanaşı, onun vəzifə etikası və hüquqi məsuliyyəti ilə bağlı ciddi suallar doğurub.
Görüşdə uzun illərdir bərbad vəziyyətdə olan Sabirabad–Narıng yolunun təmiri məsələsi qaldırılıb. Yerli sakinlərin bildirdiyinə görə, dəfələrlə müraciət edilməsinə baxmayaraq, problem həllini tapmayıb. İddialara əsasən, icra başçısı bu məsələyə cavab olaraq “Kərbəlaya, Həccə gedib-gələnlər düzəltsinlər” ifadəsini işlədib, ardınca isə “canları çıxsın, düzəltdirsinlər” kimi kobud və təhqiredici sözlər səsləndirib. Bu cür yanaşma dövlət məmuruna yaraşmayan davranış olmaqla yanaşı, dini inancların lağa qoyulması və vətəndaşların sosial problemlərinə biganə münasibət kimi qiymətləndirilir.
"DogruXeber.tv" xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “Yerli icra hakimiyyətləri haqqında” qanunvericiliyə əsasən, rayon icra hakimiyyətinin başçısı ərazidə sosial-iqtisadi inkişafın təmin edilməsinə, infrastruktur problemlərinin həllinə, vətəndaşların müraciətlərinə hörmət və diqqətlə yanaşmağa borcludur. Yol infrastrukturu isə nə dini ziyarətlərin, nə də ayrı-ayrı vətəndaş qruplarının öhdəliyi deyil – bu, birbaşa dövlətin və yerli icra hakimiyyətinin səlahiyyət və məsuliyyət dairəsinə daxildir. İcra başçısının bu məsuliyyəti vətəndaşların üzərinə yönəltməsi həm hüquqi, həm də siyasi baxımdan qəbuledilməzdir.
Sakinlərin narahatlığını artıran digər məqam isə Siraqəddin Cabbarovun uzun illərdir yüksək vəzifədə olmasına baxmayaraq, rayonda sosial problemlərin daha da dərinləşməsidir. İddialara görə, onun xeyli sayda mülk və sərvətə sahib olması ilə bağlı suallar cavabsız qalır, halbuki Sabirabadın kəndlərində sosial vəziyyət ağır olaraq qalır, qazilərin problemləri həll olunmur, işsizlik və yoxsulluq kəndlərin sürətlə boşalmasına səbəb olur. Yerli sakinlər bildirirlər ki, icra başçısının vətəndaşlarla, hətta imtiyazlı şəxslərlə belə kobud davranması artıq sistemli xarakter alıb və bu, cəmiyyətdə dərin narazılıq yaradır.
Xatırladaq ki, mətbuatda yayılan məlumatlara əsasən, Siraqəddin Cabbarovun karyera yüksəlişi də uzun müddətdir müzakirə mövzusudur. Bildirilir ki, o, 2008–2019-cu illərdə Saatlı Rayon İcra Hakimiyyətinin, 2019-cu ildən isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutub. “Gündəlik Bakı” xəbər portalında yer alan iddialarda Cabbarovun bu vəzifələrə təyinatında keçmiş yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin rol oynadığı qeyd olunub. Bu iddialar rəsmi şəkildə təkzib edilməsə də, cəmiyyətdə dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq məsələlərini yenidən gündəmə gətirir.
"DogruXeber.tv" xəbər verir ki, Türkədi kəndində keçirilən görüşdən sonra bir qrup sakin icra başçısının davranışı və səsləndirdiyi ifadələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmək niyyətində olduqlarını bildiriblər. Bu isə onu göstərir ki, problem təkcə bir yol məsələsi deyil – söhbət icra hakimiyyəti ilə vətəndaş arasında itirilmiş etimaddan, sosial ədalətsizlik hissindən və dövlət məmurunun cəmiyyət qarşısında daşıdığı siyasi və mənəvi məsuliyyətdən gedir.
Məsələ açıqdır: dövlət vəzifəsi təhqir etmək, məsuliyyəti xalqın üzərinə atmaq üçün deyil, xidmət etmək üçündür. Sabirabadın problemləri isə populist ifadələrlə yox, real idarəçilik, qanuna hörmət və vətəndaşa sayğı ilə həll oluna bilər.

Xəbər lenti
-
22.06.2026Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən
-
22.06.2026Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
-
22.06.2026Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr
-
22.06.2026Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir
-
22.06.2026Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
22.06.2026Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb
-
22.06.2026Sabah qaz kəsiləcək - Bu ərazilərdə
-
22.06.2026Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi
-
22.06.2026Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi
-
22.06.2026Numan Kurtulmuş Azərbaycana gələcək
-
22.06.2026Bu həftə 4 gün işləyəcəyik
-
22.06.2026Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu
-
22.06.2026Starmer istefa verdi
-
22.06.2026Xətai rayonunda konsert keçirilib
-
22.06.2026Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
-
22.06.2026Cinayət törədən 83 nəfər saxlanıldı
-
22.06.2026Qızına elçi düşən şəxsi döyərək öldürdü
-
22.06.2026Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur
-
22.06.2026Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri
-
22.06.2026Krımda su qıtlığı yaşanır...
-
22.06.2026Krımda su qıtlığı yaşanır...
-
22.06.2026Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq
-
22.06.2026Qətərdə partlayış oldu
-
22.06.2026Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
22.06.2026İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb
-
22.06.2026İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi
-
20.06.2026Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
-
20.06.2026"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?
-
20.06.2026Bakıda Milli Parkın ərazisində meyit tapıldı
-
20.06.2026"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı