Duzxeber.az: - Nizami rayonu sakinləri ərazidə yaşıllıq sahələrinin günü-gündən azalmasından narahatdırlar.
Xüsusilə, icra hakimiyyətinin arxasında yerləşən istirahət parkı faktiki olaraq avtomobil parkına çevrilib.
Sakinlər iddia edirlər ki, yaşıllıq sahələrinin azalması, səkilərin zəbt olunması və səs-küy onları ciddi şəkildə narahat edir.
Musavat.com-un əməkdaşı ərazidə olub, yerində araşdırma aparıb, sakinlərlə söhbətləşib.
Əliəhəd Qurbanov icra hakimiyyətinin arxasındakı beşmərtəbəli yaşayış binasında yaşayır. O bildirib ki, yaxınlıqdakı binada təmir işləri aparıldığı üçün arada səs-küy olur:
“Hər gün işdən evə, evdən işə bu yolla gedib gəlirəm. Səhv etmirəmsə, uşaq evinin binasında iş görürlər, ordan səsdən gəlir. Parkla bağlı böyük problem olmasa da, ara-sıra ağacları kəsirlər. Başa düşə bilmirik ki, məqsəd nədir. Hara baxırsan, maşındır, düzdür, maşınları haradasa saxlamaq lazımdır, amma ağacları qırmaq olmaz!”
Mətanət xanım da ərazidə yaşayan sakinlərdəndir. Onun sözlərinə görə, əvvəllər ərazidə ağaclıq ərazi daha geniş idi:
“İllərdir burada yaşayıram. Hər səhər uşaqları məktəbə aparıb-gətirirəm. Günü-gündən maşınların sayı artır. Səkilər daralır, hər tərəfdən maşın çıxır. Uşaqlar üçün narahatıq”.
Lamiyə Pənahova isə maşınların sayının çoxalmasından daha çox, ağacların sayının azalmasından şikayətçidir:
“Kütləvi şəkildə olmasa da, ara-sıra bir bəhanə ilə ağaclar kəsilir. Bu gedişlə təmiz havaya həsrət qalacağıq. Başa düşürəm, əhalinin sayı artıb, şəhərə köç də çoxalıb deyə maşınların sayı da artıb, amma gələcəyi də fikirləşmək lazımdır. Qır-qır, hara qədər? Bu qədər tikinti bir yandan, hava onsuz da kirlənir, o biri tərəfdən də yaşıllıq azalırsa, biz nə ilə nəfəs alaq?”
Musavat.com yaşıllıq ərazilərin azalması ilə bağlı Nizami rayon İcra Hakimiyyətinə sorğu ünvanlamağa çalışsaq da, əlaqə saxlamağa müvəffəq olmadıq. Cavab olacağı təqdirdə qarşı tərəfin mövqeyini dərc edəcəyik.(Musavat.com)






Gündəm / Cəmiyyət / Foto / Manşet
Nizami rayonunda park yoxa çıxır – Avtomobil dayanacağına çevrildiyi iddia olunur
Gündəm / Bölgə / Üst xəbər / Manşet
Azad Qarabağda təsərrüfat həyatı canlanır – yeni fermalar tikilir
Gündəm / Manşet
Bu çayları alanlara ciddi xəbərdarlıq – Səssizcə öldürür
Gündəm / Sosial
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Gündəm / Cəmiyyət
Bakının mərkəzində 15 bina SÖKÜLƏCƏK - ÜNVANLAR
Gündəm / Manşet
Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda - VİDEO
Gündəm / Cəmiyyət
Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Gündəm / İdman
“Mançester Yunayted” “Sabah”la oyun üçün iştirak ərizəsini açıqladı
Gündəm / Sosial
Çıxarışı olmayan mənzillərlə bağlı xəbərdarlıq
Gündəm / Dünya
ABŞ ordusunda araşdırma: COVID vaksini hərbçilərin ölümünə səbəb olub?
Gündəm / Manşet
“Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
Gündəm / Hadisə
Yanacaq daşıyan avtomobil qəza törətdi
Gündəm / Dünya
"Arxadan vurulan zərbə" bu dəfə Almaniyada - Mertsə qarşı pərdəarxası plan
Gündəm / Təhsil / Üst xəbər / Manşet
Təhsil sistemi niyə hələ də məktəblərin acınacaqlı mənzərəsindən xilas ola bilmir? — Goranboy hadisəsi daha böyük problemin göstəricisidir
Gündəm / Manşet
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Gündəm / Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Gündəm / Cəmiyyət
Bakıda Bal Yarmarkası başlayır
Gündəm / Cəmiyyət
Bakıda bu yol tam bağlanır
Gündəm / Dünya
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
Gündəm / Cəmiyyət
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Gündəm / Təhsil
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb
Gündəm / Səhiyyə / Manşet
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama: Adıçəkilən həkimlər klinikada çalışmayıblar
Gündəm / Təhsil
İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
Gündəm / Sosial
MİDA güzəştli mənzillərin satışına BAŞLADI
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Gündəm / Üst xəbər
“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif
Gündəm / Təhsil
Onlayn dərsə keçən məktəblərin SİYAHISI
Gündəm / Hadisə
Lənkəranda faciə: Nərdivandan yıxlıb öldü
Gündəm / Hadisə
Bakıda avtomobil ağaca çırpıldı, ölən var
Gündəm / Dünya
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Gündəm / Manşet