Lakin nə AYNA, nə də Anar Rzayev bu məsələlərlə bağlı açıqlama verir. Qurumun ictimaiyyətlə əlaqələr departamenti də medianın sorğularını cavabsız qoyur.
Bu, vəzifəli şəxsin ictimai rəyə və mətbuata qarşı hörmətsizliyi, eləcə də mövcud qanunları ayaqlamasıdırmı?
Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət deyib ki, istənilən vəzifəli şəxs barəsində yayılan informasiyaya vaxtında aydınlıq gətirməli və mövqe bildirməlidir:
“Bunun üçün jurnalist sorğusunu gözləməyə də ehtiyac yoxdur. Ümumiyyətlə, vəzifəli şəxslərin fəaliyyəti elə qurulmalıdır ki, bütün məlumatlar açıq və əlçatan olsun, iş prosesi tam şəffaf aparılsın. Əgər hansısa vəzifəli şəxs barəsində məlumat yayılır, jurnalistlər aydınlıq gətirmək üçün müraciət edir, lakin həmin şəxs bu sorğulardan yayınırsa, bu, artıq ciddi şübhələr yaradır. Obrazlı desək, bu halda “torbada pişik” olduğu təəssüratı formalaşır”.
Azər Həsrət bu cür vəzifəli şəxsləri media qarşısına çıxıb hesabat verməyə dəvət edib:
“Hesab edirəm ki, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi açıqlıq və kommunikasiya nümunə olmalıdır. Ölkə başçısından örnək alıb, AYNA sədri və onun kimi digər məmurlar da mediadan qaçmamalı, cəmiyyət qarşısında açıq və hesabatlı olmalıdırlar”.


