2.02.2026
3 manatdan başlayan narazılıq: Kapital Bank, məcburi köçkün kartları və sarsılan ictimai etimad
Kapital Bank ətrafında son günlər formalaşan narazılıqlar artıq tək-tək texniki problem kimi deyil, ictimai etimad və sosial ədalət məsələsi kimi qiymətləndirilməlidir. Məsələ ondan ibarətdir ki, bankın kart hesablarından xəbərdarlıq edilmədən və hüquqi əsaslar ictimaiyyətə açıqlanmadan vəsaitlərin tutulması ilə bağlı faktlar sistemli xarakter almağa başlayıb.
Bir neçə gün öncə "DogruXeber.tv" informasiya portalının rəhbəri Kamal Əsgərovun kart hesabından 3 manat məbləğində vəsaitin bank tərəfindən xəbərsiz şəkildə çıxarılması barədə məlumat yayılmışdı. Hadisə ilə bağlı edilən şikayətdən sonra Kapital Bank həmin məbləği geri qaytarsa da, bu addım problemin mahiyyətini aradan qaldırmadı. Əksinə, sonradan əldə olunan məlumatlar göstərir ki, söhbət tək bir müştəridən yox, geniş bir sosial təbəqədən – keçmiş məcburi köçkünlərdən gedir.
İddialara görə, eyni məbləğdə vəsait bir çox məcburi köçkünün kart hesabından çıxarılıb. Daha narahatedici məqam isə odur ki, vətəndaşların əksəriyyəti bu faktın fərqində olsa da, hüquqlarını bilmədikləri üçün etiraz etməkdən çəkiniblər. Bəziləri bu cür hallarla mütəmadi qarşılaşdıqlarını desə də, hansı instansiyaya müraciət edəcəkləri barədə məlumatsız olduqlarını bildiriblər.
Burada artıq məsələ bank-müştəri münasibətləri çərçivəsindən çıxır və dövlət-vətəndaş etimadı müstəvisinə keçir. Xüsusilə sosial baxımdan həssas qrup hesab olunan məcburi köçkünlərin bank əməliyyatları üzərindən bu cür qeyri-şəffaf müdaxilələrə məruz qalması, cəmiyyətdə haqlı suallar doğurur. Kapital Bank kimi iri və dövlətlə sıx əlaqəli maliyyə qurumunun bu davranışı, istər-istəməz, narazılığın bankdan kənara çıxaraq daha geniş institusional etimadsızlığa çevrilməsinə zəmin yaradır.
Son aylarda bank sektorunda artan şikayətlər, dələduzluq hallarının çoxalması və vətəndaşların maddi itkilərlə üzləşməsi fonunda bu cür addımlar sosial gərginliyi dərinləşdirən amil kimi çıxış edir. Xüsusilə aztəminatlı və hüquqi müdafiə imkanları zəif olan qrupların hədəfə çevrilməsi, ictimai rəyə mənfi təsir göstərməklə yanaşı, dövlətin sosial siyasətinə kölgə salır.
Sual yaranır: Kapital Bank müştərilərinə qarşı bu cür münasibəti hansı motivlərlə sərgiləyir və bu prosesə niyə vaxtında ictimai izahat verilmir? Əgər məsələ texniki xarakterlidirsə, niyə kütləvi xarakter alıb?
Yox, əgər sistemli yanaşma varsa, bu artıq təkcə bankın deyil, nəzarət mexanizmlərinin də məsuliyyətini gündəmə gətirir.
Belə vəziyyətdə aidiyyəti qurumların susqunluğu yox, aydın mövqe ortaya qoyması, bankların isə şəffaflıq və hesabatlılıq prinsiplərinə əməl etməsi cəmiyyət üçün həyati əhəmiyyət daşıyır. Əks halda, kiçik məbləğlərlə başlayan bu cür hallar, böyük etimad itkilərinə yol aça bilər

Oxşar xəbərlər
-
31.01.2026Xəbərdarlıq edilmədən sökülen reklam lövhələri: ADRA-nın Yasamaldakı əməliyyatı hansı hüquqi əsaslara söykənir? -
30.01.2026Kapital Bank vətəndaşın kartından necə və hansı əsasla vəsait çıxarır? -
26.01.2026Hüseyin Özuysal və Selcuk Demirin sədr olduğu "Ziraat Bank Azərbaycan"da 318 milyonluq boşluq: Rəsmi hesabatın acı rəqəmləri -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
5.12.2025Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək
Xəbər lenti
-
20.06.2026Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
-
20.06.2026"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?
-
20.06.2026Bakıda Milli Parkın ərazisində meyit tapıldı
-
20.06.2026"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı
-
20.06.2026Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
-
20.06.2026Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
-
20.06.2026Rafael Fiziyev Bakıda
-
20.06.2026ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək
-
20.06.2026Aİ Ermənistana ilk yardım tranşını etdi
-
20.06.2026Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
-
20.06.2026Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb
-
20.06.2026Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?
-
20.06.2026Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
-
20.06.2026FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb
-
20.06.2026Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar
-
20.06.2026Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib
-
20.06.2026Burj Khalifa-nın 16 illik taxtı əldən gedir
-
20.06.2026Köçəryan MSK-nı məhkəməyə verdi
-
20.06.2026Kimlər qan üçün donor ola bilməz?
-
20.06.2026Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
-
20.06.2026Londonda sərnişin təyyarəsində meyit tapıldı
-
20.06.2026Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
20.06.2026Masazırda faciə: Ölən var
-
20.06.2026Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi
-
20.06.2026Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi
-
20.06.2026“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
-
20.06.2026"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb
-
20.06.2026Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...
-
20.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
20.06.2026Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb