Duzxeber.az: - Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətindən mənzil alan sakinlər Prezident İlham Əliyevə müraciət edib. Bütün problemlərini dişi-dırnağı ilə həll edə-edə indi də “Azərsu” ASC-nin əlində əsir-yesir qalan sakinlər Prezidentdən köməklik istəyir. Ancaq onların üzləşdiyi problem olduqca qəribədir və həlli sakinlərlə bərabər Dövlət Su Ehtiyatları Agentliyinin, eləcə də onun tabeliyində olan “Azərsu” ASC-nin də marağında olmalıdır. Çünki bu problemin həlli ilə həm qurumun, həm də dövlətin büdcəsinə vəsait daxil olur. Belə ki, sakinlərin Prezidentə və I Vitse-Prezidentə, həmçinin ADSEA rəhbəri Zaur Mikayılova etdiyi müraciətdən sonra bina içməli su ilə təmin olunub. Hazırda binanın su təchizatı olsa da, sayğaclar quraşdırılsa da, sakinlərin aylıq borcu hesablanmır.
Ölkənin hər yerində “Azərsu” əməkdaşları hər bir evin nə qədər su məsrəf etdiyini hər ay sayğaca baxaraq hesablayıb vətəndaşa qəbzini təqdim edir. Vətəndaş da ödəniş edərək istifadə etdiyi suyun pulunu ödəyir. Üstəlik, borc ödənməyəndə mənzilin suyu kəsilir. “Sahil – S İnşaat” MTK sakinləri isə Prezidentə müraciətdə deyirlər ki, aylardır sudan istifadə olunur, amma “Azərsu” əməkdaşları gəlib sayğaclara baxıb borcu yazmırlar. Onların sözlərinə görə, Suraxanı rayonu su idarəsi onların yaşadığı binanın düz 50 metrliyində yerləşir, amma bir addımlıqdakı binaya yaxınlaşıb borcu hesablamırlar: “Cənab Prezident, sizə müraciət etməkdə məqsədimiz budur ki, Zaur Mikayılova və Suraxanı su idarəsinə etdiyimiz müraciətlər nəticəsiz qalıb.
Necə olur ki, vətəndaşın hər ay su pulu borcu hesablanır, ödəməyəndə, gecikdirəndə az qala gözünü çıxarırlar, amma biz sakinlərin borcu üst-üstə yığılır, gəlib soruşan yoxdur? Bu da bizim üçün gələcəkdə ciddi problemə səbəb olacaq. Çünki borc vaxtında ödənməyəndə üst-üstə pul yığılır, hamı üçün onu sonradan ödəmək ağır olur. Bizim problemimiz əslində tragikkomikdir. Çünki adətən vətəndaş suyu kəsildiyinə, yaxud borc çox yazıldığına görə şikayət edir. Biz isə xahiş edirik ki, istifadə etdiyimiz suyun borcu hesablansın və ödəniş edək. Nədənsə, Zaur Mikayılov və tabeliyində olan qurum rəhbərləri bizə laqeyd yanaşırlar. Bunun səbəbi bizə aydın deyil. Sanki bizdən acıq çıxırlar, yaxud qisas alırlar. Ancaq elədikləri qanunsuzluqdur”.
Sakinlər Prezidentə müraciətdə xahiş ediblər ki, məsələ nəzarətə götürülsün: “Bizim istəyimiz sadə bir problemin həllidir. Hamı kimi su sayğaclarına baxış keçirib borcun hesablanmasını və ödəniş etməyimizi istəyirik. Əks halda, aylarla istifadə edilən suyun borcu böyük məbləğ olacaq, biz onu birdəfəyə ödəyə bilməyəcəyik. İkincisi, Zaur Mikayılov və Suraxanı su idarəsinin marağı nədədir ki, bütün ölkə boyu abonentlərdən su pulu yığılır, bizdən yox?
Bizim digər abonentlərdən qeyri-adi fərqimiz nədədir? Bəlkə “Azərsu” ölkənin su ehtiyatlarından bizə pay ayırıb xəbərimiz yoxdur? Bəlkə büdcəyə xeyir vermək istəmirlər?
Bu suallar bizim üçün də qaranlıqdır. Yəni bu məsələdə anlaşılmayan bir qərəz hiss olunur. Çox xahiş edirik ki, dövlət başçısına etdiyimiz bu müraciətə baxılsın”.//neqativ.com
Gündəm / Cəmiyyət / Sosial / Manşet
Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR...
Gündəm / Bölgə / Üst xəbər / Manşet
Azad Qarabağda təsərrüfat həyatı canlanır – yeni fermalar tikilir
Gündəm / Manşet
Bu çayları alanlara ciddi xəbərdarlıq – Səssizcə öldürür
Gündəm / Sosial
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Gündəm / Cəmiyyət
Bakının mərkəzində 15 bina SÖKÜLƏCƏK - ÜNVANLAR
Gündəm / Manşet
Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda - VİDEO
Gündəm / Cəmiyyət
Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Gündəm / İdman
“Mançester Yunayted” “Sabah”la oyun üçün iştirak ərizəsini açıqladı
Gündəm / Sosial
Çıxarışı olmayan mənzillərlə bağlı xəbərdarlıq
Gündəm / Dünya
ABŞ ordusunda araşdırma: COVID vaksini hərbçilərin ölümünə səbəb olub?
Gündəm / Manşet
“Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
Gündəm / Hadisə
Yanacaq daşıyan avtomobil qəza törətdi
Gündəm / Dünya
"Arxadan vurulan zərbə" bu dəfə Almaniyada - Mertsə qarşı pərdəarxası plan
Gündəm / Təhsil / Üst xəbər / Manşet
Təhsil sistemi niyə hələ də məktəblərin acınacaqlı mənzərəsindən xilas ola bilmir? — Goranboy hadisəsi daha böyük problemin göstəricisidir
Gündəm / Manşet
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Gündəm / Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Gündəm / Cəmiyyət
Bakıda Bal Yarmarkası başlayır
Gündəm / Cəmiyyət
Bakıda bu yol tam bağlanır
Gündəm / Dünya
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
Gündəm / Cəmiyyət
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Gündəm / Təhsil
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb
Gündəm / Səhiyyə / Manşet
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama: Adıçəkilən həkimlər klinikada çalışmayıblar
Gündəm / Təhsil
İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
Gündəm / Sosial
MİDA güzəştli mənzillərin satışına BAŞLADI
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Gündəm / Üst xəbər
“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif
Gündəm / Təhsil
Onlayn dərsə keçən məktəblərin SİYAHISI
Gündəm / Hadisə
Lənkəranda faciə: Nərdivandan yıxlıb öldü
Gündəm / Hadisə
Bakıda avtomobil ağaca çırpıldı, ölən var
Gündəm / Dünya
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Gündəm / Manşet