3.02.2026
Duzxeber.az: - Bu gün gənclər günüdür və bu gün biz bir daha Azərbaycan gənclərinin sosial bəlalarından birinə çevrilən mərc oyunlarından və qumardan daqnışacağıq. Ötən yazımızda da qeyd etmişdik ki, “Azərlotoreya” və “Misli”nin 7/24 rejimində bütün informasiya mənbələrindən beynizmizə axın edən reklamları yeniyetmə və gənclərdə qumara meyl və asılıq yaradır. Bu problem ümumilikdə cəmiyyətimizin probleminə çevrilib və hər gün daha böyüyür. Çünki biz rəqəmsal informasiya dönəımində yaşayırıq və “Azərlotoreya”nın reklamları hər tərəfdən bizləri, xüsüsən də gəncləri hədəf alır.
Bu günlərdə telekanalalrda “Azərlotoreya”nın bir neçə reklamını izlədim. Reklamlarda ən aşağı qazanc əldə edən insanlar, misal üçün fəhlə və xadimələr böyük uduşlar qazanır və xöşbəst olurdurlar. Bəs doğrudanmı bu belədir? Doğrudanmı “Azərlotoreya” bizim kasıbları varlandırır, onları xöşbəxt edir, ya da heç olmasa buna cəhd edir?
Əlbəttə ki, yox. Sadəcə belə ucuz yollarla “Azərlotoreya” özünün hədəf “qurbanları” olaraq daha kasıb əhalini seçib və onlara müraciət edir. Çünki kasıbların varlılardan dəfələrlə çox olması dünya yaranandan bəllidir və bu halda “Azərlotoreya”da pula daha çox ehtiyacı olan insanları daha asanlıqla şurnikləşdirə biləcəyini də yaxşı bilir. Yəni, bu şirnikləşdirici ucuz qumar oyunları reklamlarının tək bir hədəfi var: daha çox kasıbdan daha çox pul qazanmaq!
Açığı “Azərlotoreya”nın bu qədər reklama niyə ehtiyacı olduğnunu başa düşmək belə çətindir. Elə onlara bu imkanları tanıyan Azərbaycan dövlət qurumlarını və qanunuvericiliyini də anlamaq çox çətindir. Bizdə onlayn qumar və mərc oyunları reklamları ilə bağlı yaranmış vəziyyət isə demək olar ki, heç bir ölkədə yoxdur. Bütün asılıq yaradan əmtəə nişanlarının reklamı kimi xarici ölkələrdə qumar və mərc oyunları reklamları ya qadağandır, ya da müəyyən saatlarda mümkündür. Bizdə isə asılıq yaradan bu reklam “fabriki”, yuxarıda da qeyd etdiyimiz kimi 7/24 rejimi ilə çalışır. Digər tərəfdən isə bu xüsusi istisnanın ancaq bir özəl quruma verilməsi də çoxlu sual yaradır. “Azərlotoreya” ASC dövlət qurumu deyil və xarici ölkə vətəndaşına aid bir özəl əmtəə nişanıdır. Bu durumda bu istisna ayrıcalığın Milli Məclis səviyyəsində qanunla təsbit olunmuş bir şəkildə Dəmirörənlərə verilməsinin və türk iş adamının Azərbaycanda rəsmi şəkildə toxunulmaz elan olunmasının hansısa bir izahı varmı? Azərbaycan hakimiyyətində kimlər Dəmirörənə bu qədər səlahiyyət və toxunulmazlıq verilməsində maraqlıdır? İnsanlarda asılıq yaradan və onları ümidsizliyə, fəlakətə, alkoqolizmə, ailə dağılmasına, hətta intihara qədər sürükləyən bu mərəzi bizə düçar edənlərin məqsədi nədir? Doğrudanmı onlar hesab edirlər ki, bununla Azərbaycan xalqının rifahına, inkişafına xidmət edirlər? Nəyə görə bizi uçruma aparan bu mərəzin reklamlarının durdurulması ilə bağlı heç kim addım atmaq istəmir?
Bu arada, Dəmirörənlərin Azərbaycandan qazandıqları milyonları hara daşıdıqları da müəmmadır. Hər halda “Dəmirörən” şirkətinin Azərbaycanda başqa bir sahəyə sərmayə qoyması, ya da xeyriyyəçilik etməsi ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycanın informasiya məkanında baxdıqda görürük ki, Dəmirörənlər yalnız reklama pul xərcləyir və bu zaman məqsədləri Azərbaycanda daha çöx ev yıxmaq, daha çox qazanmaq və qazandıqları pulları Azərbaycandan çıxarmaqdır...//Poliqon.info
“Azərlotoreya”: HƏR ADDIMDA YIXILAN EVLƏR... - BU, QUMARDIR AXI...
Duzxeber.az: - Bu gün gənclər günüdür və bu gün biz bir daha Azərbaycan gənclərinin sosial bəlalarından birinə çevrilən mərc oyunlarından və qumardan daqnışacağıq. Ötən yazımızda da qeyd etmişdik ki, “Azərlotoreya” və “Misli”nin 7/24 rejimində bütün informasiya mənbələrindən beynizmizə axın edən reklamları yeniyetmə və gənclərdə qumara meyl və asılıq yaradır. Bu problem ümumilikdə cəmiyyətimizin probleminə çevrilib və hər gün daha böyüyür. Çünki biz rəqəmsal informasiya dönəımində yaşayırıq və “Azərlotoreya”nın reklamları hər tərəfdən bizləri, xüsüsən də gəncləri hədəf alır.Bu günlərdə telekanalalrda “Azərlotoreya”nın bir neçə reklamını izlədim. Reklamlarda ən aşağı qazanc əldə edən insanlar, misal üçün fəhlə və xadimələr böyük uduşlar qazanır və xöşbəst olurdurlar. Bəs doğrudanmı bu belədir? Doğrudanmı “Azərlotoreya” bizim kasıbları varlandırır, onları xöşbəxt edir, ya da heç olmasa buna cəhd edir?
Əlbəttə ki, yox. Sadəcə belə ucuz yollarla “Azərlotoreya” özünün hədəf “qurbanları” olaraq daha kasıb əhalini seçib və onlara müraciət edir. Çünki kasıbların varlılardan dəfələrlə çox olması dünya yaranandan bəllidir və bu halda “Azərlotoreya”da pula daha çox ehtiyacı olan insanları daha asanlıqla şurnikləşdirə biləcəyini də yaxşı bilir. Yəni, bu şirnikləşdirici ucuz qumar oyunları reklamlarının tək bir hədəfi var: daha çox kasıbdan daha çox pul qazanmaq!
Açığı “Azərlotoreya”nın bu qədər reklama niyə ehtiyacı olduğnunu başa düşmək belə çətindir. Elə onlara bu imkanları tanıyan Azərbaycan dövlət qurumlarını və qanunuvericiliyini də anlamaq çox çətindir. Bizdə onlayn qumar və mərc oyunları reklamları ilə bağlı yaranmış vəziyyət isə demək olar ki, heç bir ölkədə yoxdur. Bütün asılıq yaradan əmtəə nişanlarının reklamı kimi xarici ölkələrdə qumar və mərc oyunları reklamları ya qadağandır, ya da müəyyən saatlarda mümkündür. Bizdə isə asılıq yaradan bu reklam “fabriki”, yuxarıda da qeyd etdiyimiz kimi 7/24 rejimi ilə çalışır. Digər tərəfdən isə bu xüsusi istisnanın ancaq bir özəl quruma verilməsi də çoxlu sual yaradır. “Azərlotoreya” ASC dövlət qurumu deyil və xarici ölkə vətəndaşına aid bir özəl əmtəə nişanıdır. Bu durumda bu istisna ayrıcalığın Milli Məclis səviyyəsində qanunla təsbit olunmuş bir şəkildə Dəmirörənlərə verilməsinin və türk iş adamının Azərbaycanda rəsmi şəkildə toxunulmaz elan olunmasının hansısa bir izahı varmı? Azərbaycan hakimiyyətində kimlər Dəmirörənə bu qədər səlahiyyət və toxunulmazlıq verilməsində maraqlıdır? İnsanlarda asılıq yaradan və onları ümidsizliyə, fəlakətə, alkoqolizmə, ailə dağılmasına, hətta intihara qədər sürükləyən bu mərəzi bizə düçar edənlərin məqsədi nədir? Doğrudanmı onlar hesab edirlər ki, bununla Azərbaycan xalqının rifahına, inkişafına xidmət edirlər? Nəyə görə bizi uçruma aparan bu mərəzin reklamlarının durdurulması ilə bağlı heç kim addım atmaq istəmir?
Bu arada, Dəmirörənlərin Azərbaycandan qazandıqları milyonları hara daşıdıqları da müəmmadır. Hər halda “Dəmirörən” şirkətinin Azərbaycanda başqa bir sahəyə sərmayə qoyması, ya da xeyriyyəçilik etməsi ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycanın informasiya məkanında baxdıqda görürük ki, Dəmirörənlər yalnız reklama pul xərcləyir və bu zaman məqsədləri Azərbaycanda daha çöx ev yıxmaq, daha çox qazanmaq və qazandıqları pulları Azərbaycandan çıxarmaqdır...//Poliqon.info
Oxşar xəbərlər
-
2.02.2026Bu gün Gənclər Günüdür -
31.12.2025Sahibkara çevrilən direktor Mətanət Cabbarlının sahib olduğu təhsil müəssələrində böyük maliyyə OYUNU – YAZIŞMA GÖRÜNTÜLƏR -
19.12.2025İnsanların 50 yaşından sonra peşman olduqları 16 səhv -
17.12.2025Ekranlarda əxlaqi tənəzzül: Susqun nəzarət, açıq zərər və məsuliyyətdən qaçış -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək



