Gəncədə bıçaqlanma faktı qeydə alınıb.

DuzXeber.az Teleqraf-a istinadla xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində bıçaq xəsarətləri alan 1998-ci il təvəllüdlü Elsəvər İbrahimov və Elmar Qurbanov tibb müəssisələrindən birinə yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı A. Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş