5.02.2026
2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu rəqəm 2024-cü illə müqayisədə 2,1 faiz azalma deməkdir. Turizm statistikasındakı bu geriləmənin səbəblərindən biri isə ölkəyə gələn qonaqların nəqliyyat sistemindən narazı qalmasıdır.
Duzxeber.az xəbər verir ki, rəsmi məlumatlara görə, Azərbaycana gələn turistlərin ən çox şikayət etdiyi sahə avtobusla sərnişindaşıma xidmətidir. Bu xidmətlə bağlı 35 823 turist narazılığını qeyd edib. Metro nəqliyyatı üzrə narazılıq bildirənlərin sayı isə 14 412 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 6 faiz artım deməkdir.

Mütəxəssislər bildirir ki, ölkədə nəqliyyat sahəsində problemlər sistemli xarakter daşıyır. Bir sıra ərazilərdə hələ də istismara yararsız avtobuslar xəttə buraxılır, sərnişinlər dayanacaqlarda uzun müddət gözləməyə məcbur qalır. Tıxaclar və marşrutlarda qeyri-müntəzəmlik də narazılıqları artıran əsas amillər sırasındadır.
Bu fonda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimaiyyətdə daha çox problemləri həll edən deyil, cərimə yazan qurum kimi tanınır. Paytaxt sakinləri artıq Bakını istehzalı şəkildə “cərimə batalyonu”na çevrilmiş şəhər adlandırırlar.
Son günlər AYNA sədri Anar Rzayevlə bağlı yayılan məlumatlar da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, onun aylıq maaşının 19 min 500 manat olduğu iddia edilsə də, bu mövzuda ünvanlanan suallar rəsmi cavabsız qalıb. Qurum məsələ ilə bağlı aydın mövqe ortaya qoymayıb.
Vəziyyət isə rəqəmlərdə və gündəlik reallıqda açıq-aydın görünür. Təkcə yerli vətəndaşlar deyil, bir neçə günlük Azərbaycana səfər edən turistlər belə ölkəni nəqliyyatla bağlı narazılıqla tərk edirlər. Bu isə turizm imici üçün ciddi siqnaldır.

Nəqliyyatın mövcud vəziyyəti nəinki vətəndaşları, turistləri də belə narahat edirsə, dəyişiklik üçün hansı tədbirlər həyata keçirilməlidir?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, paytaxtda hazırda əhali sayı və məskunlaşma çoxdur:
“Bu isə öz növbəsində nəqliyyatda da sıxlıq yaradır və intervallar artır. “Bakı Metropoliteni” sovet dövründə tikilib və hazırkı Bakı üçün hesablanmayıb. Hətta Bakı metrosunda xətlər elə təşkil olunmuşdu ki, qatarların rahat dövr edib depodan geri qayıtması da müəyyən stansiyalarda mümkün deyildi. İndi bu şərait qurulur, yeni depo və stansiyalar tikilir ki, problem həll edilsin.Yəni, metroya daha çox qatar buraxmaq imkanları yaradılır ki, intervallar azalsın”.

Ekspert deyib ki, paytaxtda zamanında ictimai nəqliyyat şaxələndirilməyib:
“Əksinə, ictimai nəqliyyat növlərinin sayı azaldılıb. Buna nümunə kimi tramvayların sonrakı dövrlərdə fəaliyyət göstərməməsini göstərmək olar. Hazırda Bakıda əsas daşınma yükünü avtobus və metro çəkir. Köməkçi alətlər isə taksi və dəmir yollarıdır. Göründüyü kimi o qədər də şaxələnməyib. Onu da qeyd edim ki, daşıyıcı şirkətlər də vaxtında öz avtobus parkını yeniləməyiblər və köhnə avtobuslarla çalışıblar. İndi onların qarşısına kəskin tələb qoyulub ki, bu proses həll edilsin və marşruta yalnız yeni avtobuslar buraxılsın. Hazırda bu proses gedir. Müvafiq qurumlar elan ediblər ki, ən azı yeni 2800 avtobusa ehtiyac var. Bunu həll etmək o qədər də asan məsələ deyil. Çünki hələ də köhnə avtobuslar və onları yeniləri əvəz etmir. Ötən ilin statistikasına baxanda görürük ki, dövlətlə yanaşı, özəl daşıyıcılar da artıq yeni avtobuslar gətiriblər. Proses gedir, lakin bu tez bir zamanda həll olunan problem deyil. Tramvay xətlərinin salınması nəqliyyat üçbucağı yaradacaq və ictimai nəqliyyat şaxələnəcək”.//Musavat.com
Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – Turistlər də narazıdır
2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu rəqəm 2024-cü illə müqayisədə 2,1 faiz azalma deməkdir. Turizm statistikasındakı bu geriləmənin səbəblərindən biri isə ölkəyə gələn qonaqların nəqliyyat sistemindən narazı qalmasıdır.Duzxeber.az xəbər verir ki, rəsmi məlumatlara görə, Azərbaycana gələn turistlərin ən çox şikayət etdiyi sahə avtobusla sərnişindaşıma xidmətidir. Bu xidmətlə bağlı 35 823 turist narazılığını qeyd edib. Metro nəqliyyatı üzrə narazılıq bildirənlərin sayı isə 14 412 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 6 faiz artım deməkdir.

Mütəxəssislər bildirir ki, ölkədə nəqliyyat sahəsində problemlər sistemli xarakter daşıyır. Bir sıra ərazilərdə hələ də istismara yararsız avtobuslar xəttə buraxılır, sərnişinlər dayanacaqlarda uzun müddət gözləməyə məcbur qalır. Tıxaclar və marşrutlarda qeyri-müntəzəmlik də narazılıqları artıran əsas amillər sırasındadır.
Bu fonda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimaiyyətdə daha çox problemləri həll edən deyil, cərimə yazan qurum kimi tanınır. Paytaxt sakinləri artıq Bakını istehzalı şəkildə “cərimə batalyonu”na çevrilmiş şəhər adlandırırlar.
Son günlər AYNA sədri Anar Rzayevlə bağlı yayılan məlumatlar da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, onun aylıq maaşının 19 min 500 manat olduğu iddia edilsə də, bu mövzuda ünvanlanan suallar rəsmi cavabsız qalıb. Qurum məsələ ilə bağlı aydın mövqe ortaya qoymayıb.
Vəziyyət isə rəqəmlərdə və gündəlik reallıqda açıq-aydın görünür. Təkcə yerli vətəndaşlar deyil, bir neçə günlük Azərbaycana səfər edən turistlər belə ölkəni nəqliyyatla bağlı narazılıqla tərk edirlər. Bu isə turizm imici üçün ciddi siqnaldır.

Nəqliyyatın mövcud vəziyyəti nəinki vətəndaşları, turistləri də belə narahat edirsə, dəyişiklik üçün hansı tədbirlər həyata keçirilməlidir?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, paytaxtda hazırda əhali sayı və məskunlaşma çoxdur:
“Bu isə öz növbəsində nəqliyyatda da sıxlıq yaradır və intervallar artır. “Bakı Metropoliteni” sovet dövründə tikilib və hazırkı Bakı üçün hesablanmayıb. Hətta Bakı metrosunda xətlər elə təşkil olunmuşdu ki, qatarların rahat dövr edib depodan geri qayıtması da müəyyən stansiyalarda mümkün deyildi. İndi bu şərait qurulur, yeni depo və stansiyalar tikilir ki, problem həll edilsin.Yəni, metroya daha çox qatar buraxmaq imkanları yaradılır ki, intervallar azalsın”.

Ekspert deyib ki, paytaxtda zamanında ictimai nəqliyyat şaxələndirilməyib:
“Əksinə, ictimai nəqliyyat növlərinin sayı azaldılıb. Buna nümunə kimi tramvayların sonrakı dövrlərdə fəaliyyət göstərməməsini göstərmək olar. Hazırda Bakıda əsas daşınma yükünü avtobus və metro çəkir. Köməkçi alətlər isə taksi və dəmir yollarıdır. Göründüyü kimi o qədər də şaxələnməyib. Onu da qeyd edim ki, daşıyıcı şirkətlər də vaxtında öz avtobus parkını yeniləməyiblər və köhnə avtobuslarla çalışıblar. İndi onların qarşısına kəskin tələb qoyulub ki, bu proses həll edilsin və marşruta yalnız yeni avtobuslar buraxılsın. Hazırda bu proses gedir. Müvafiq qurumlar elan ediblər ki, ən azı yeni 2800 avtobusa ehtiyac var. Bunu həll etmək o qədər də asan məsələ deyil. Çünki hələ də köhnə avtobuslar və onları yeniləri əvəz etmir. Ötən ilin statistikasına baxanda görürük ki, dövlətlə yanaşı, özəl daşıyıcılar da artıq yeni avtobuslar gətiriblər. Proses gedir, lakin bu tez bir zamanda həll olunan problem deyil. Tramvay xətlərinin salınması nəqliyyat üçbucağı yaradacaq və ictimai nəqliyyat şaxələnəcək”.//Musavat.com
Oxşar xəbərlər
-
3.02.202640 milyonluq tenderlər udub, Qarabağda binalar tikən şirkətə «STOP» QOYULDU - «ETİBARSIZ TƏCHİZATÇI» OLDU -
29.01.2026Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi -
26.01.2026Hüseyin Özuysal və Selcuk Demirin sədr olduğu "Ziraat Bank Azərbaycan"da 318 milyonluq boşluq: Rəsmi hesabatın acı rəqəmləri -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
19.12.2025Bu əməlləri törədənlər 30 min manat cərimə ediləcək
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



