1.09.2026
Ayıq sürücü xidməti üçün çağırılan şəxsin idarə etdiyi avtomobil zədələnib, lakin vətəndaş iki aydan çoxdur ki, dəymiş zərərin ödənilməsi üçün mübarizə aparır. Sığorta şirkəti isə sürücünün sığorta qaydalarına əsasən “səlahiyyətləndirilmiş sürücü” olmadığını əsas gətirərək ödənişdən imtina edib.
DuzXeber.az xəbər verir ki, vətəndaş “Bolt” tətbiqi vasitəsilə ayıq sürücü xidməti sifariş edib.
İddialara görə, sifariş üzrə avtomobili idarə edən Şərifov Arif Mirzə oğlu “Bolt”un əməkdaşlıq etdiyi “Günra Transport” MMC-nin ayıq sürücüsüdür.
Avtomobilin məhz həmin şəxsin idarə etdiyi zaman zədələnməsindən sonra nəqliyyat vasitəsinin sahibi dəymiş zərərin qarşılanması üçün sığorta şirkətinə müraciət edib.
Lakin sığorta şirkətinin vətəndaşa göndərdiyi cavabda bildirilir ki, aparılan araşdırma zamanı hadisə vaxtı “BMW 740 D” markalı, 014600/97 dövlət qeydiyyat nişanlı avtomobili Şərifov Arif Mirzə oğlunun idarə etdiyi müəyyənləşdirilib.
Şirkət “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” üzrə sığorta Qaydalarının 6-cı maddəsinə istinad edərək, avtomobilin qaydalara əsasən səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsini sığorta təminatında məhdudiyyət kimi göstərib.
Həmçinin Qaydaların 38.1.7-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədiyi bildirilib və bu əsasla sığorta ödənişindən imtina edilib.
Ancaq vətəndaşın narazılığı da məhz bu məqamdan başlayır.
Çünki söhbət avtomobili icazəsiz şəkildə idarə edən təsadüfi şəxsdən deyil, iddiaya görə “Bolt” vasitəsilə sifariş edilən ayıq sürücü xidmətini göstərən və “Günrat Transport” MMC-də çalışan şəxsdən gedir.
“Günra Transport” MMC də Şərifov Arif Mirzə oğlunun şirkətdə işlədiyini təsdiqləyən sənədlərin və faktların olduğunu bildirir.
Şirkətin mövqeyinə görə, sığorta şirkətinin ödənişdən imtina etməsi əsassızdır.
Belə olan halda vətəndaşın qarşısında ciddi suallar yaranır:
Əgər şəxs ayıq sürücü kimi xidmət göstərirsə, bu xidmət “Bolt” üzərindən sifariş edilirsə və həmin şəxs tərəfdaş şirkətin əməkdaşıdırsa, niyə xidmət zamanı baş verən hadisənin bütün yükü avtomobil sahibinin üzərində qalmalıdır?
Vətəndaş bildirir ki, iki aydan artıqdır avtomobilinə dəymiş zərərin ödənilməsi üçün müxtəlif tərəflərə müraciət edir.
Lakin tərəflər arasında məsuliyyət məsələsinin həll edilməməsi nəticəsində zərərçəkən şəxs faktiki olaraq ortada qalıb.
Məsələ ilə bağlı Bakues.az-a açıqlama verən nəqliyyat eksperti
Aslan Əsədov hesab edir ki, burada hər hansı anlaşılmazlıq olub və ya araşdırma sona qədər aparılmayıb.
Ekspertin sözlərinə görə, məsələnin əsas mahiyyəti nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyinin önə çıxarılması deyil.
Onun fikrincə, burada nəqliyyat vasitəsinin idarə edilməsi zamanı fors-major halların baş verməməsi və sığortanın imtina səbəbləri əsas götürülməlidir.
Aslan Əsədov qeyd edib ki, sürücünün spirtli içkinin təsiri altında olması, narkotik vasitə və ya psixotrop maddədən istifadə etməsi kimi xüsusi hallar sığorta şirkətinin ödənişdən imtina etməsinə əsas yarada bilər:
“Amma bunlar yoxdursa, nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyindən asılı olmayaraq hadisə baş veribsə, burada sığorta haqqının ödənilməsinə dair bir çıxarış olmalıdır”.
Ekspert bildirib ki, vətəndaş məsələdən narazıdırsa, birbaşa Mərkəzi Banka müraciət edə bilər.
Onun sözlərinə görə, sığorta hadisələri və sığorta şirkətlərinə nəzarətlə bağlı səlahiyyətli qurum Mərkəzi Bankdır.
Aslan Əsədov hesab edir ki, Mərkəzi Bank tərəfindən məsələnin obyektiv araşdırılacağı və problemin daha qənaətbəxş formada həll ediləcəyi gözlənilir.
“Yenə də qeyd edirik, məsələnin əsas mahiyyəti vətəndaş məmnuniyyətinin
yaradılmasıdır, vətəndaş məmnuniyyətinin olmasıdır. Hər hansı bir sığorta şirkəti bununla bağlı müvafiq olaraq məsələni yenidən araşdırmalıdır, məsələyə yenidən baxmalıdır, obyektiv bir qərar çıxartmalıdır”, – ekspert vurğulayıb.
Beləliklə, vətəndaş artıq iki aydan çoxdur avtomobilinə dəymiş zərərin ödənilməsini gözləyir.
İndi əsas sual isə budur: Sığorta şirkətinin imtinası həqiqətən qaydalara uyğundur, yoxsa vətəndaşın müraciəti yenidən və daha ətraflı araşdırılmalıdır?/Bakues.az/
“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
Ayıq sürücü xidməti üçün çağırılan şəxsin idarə etdiyi avtomobil zədələnib, lakin vətəndaş iki aydan çoxdur ki, dəymiş zərərin ödənilməsi üçün mübarizə aparır. Sığorta şirkəti isə sürücünün sığorta qaydalarına əsasən “səlahiyyətləndirilmiş sürücü” olmadığını əsas gətirərək ödənişdən imtina edib.DuzXeber.az xəbər verir ki, vətəndaş “Bolt” tətbiqi vasitəsilə ayıq sürücü xidməti sifariş edib.
İddialara görə, sifariş üzrə avtomobili idarə edən Şərifov Arif Mirzə oğlu “Bolt”un əməkdaşlıq etdiyi “Günra Transport” MMC-nin ayıq sürücüsüdür.
Avtomobilin məhz həmin şəxsin idarə etdiyi zaman zədələnməsindən sonra nəqliyyat vasitəsinin sahibi dəymiş zərərin qarşılanması üçün sığorta şirkətinə müraciət edib.
Lakin sığorta şirkətinin vətəndaşa göndərdiyi cavabda bildirilir ki, aparılan araşdırma zamanı hadisə vaxtı “BMW 740 D” markalı, 014600/97 dövlət qeydiyyat nişanlı avtomobili Şərifov Arif Mirzə oğlunun idarə etdiyi müəyyənləşdirilib.
Şirkət “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” üzrə sığorta Qaydalarının 6-cı maddəsinə istinad edərək, avtomobilin qaydalara əsasən səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsini sığorta təminatında məhdudiyyət kimi göstərib.
Həmçinin Qaydaların 38.1.7-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədiyi bildirilib və bu əsasla sığorta ödənişindən imtina edilib.
Ancaq vətəndaşın narazılığı da məhz bu məqamdan başlayır.
Çünki söhbət avtomobili icazəsiz şəkildə idarə edən təsadüfi şəxsdən deyil, iddiaya görə “Bolt” vasitəsilə sifariş edilən ayıq sürücü xidmətini göstərən və “Günrat Transport” MMC-də çalışan şəxsdən gedir.
“Günra Transport” MMC də Şərifov Arif Mirzə oğlunun şirkətdə işlədiyini təsdiqləyən sənədlərin və faktların olduğunu bildirir.
Şirkətin mövqeyinə görə, sığorta şirkətinin ödənişdən imtina etməsi əsassızdır.
Belə olan halda vətəndaşın qarşısında ciddi suallar yaranır:
Əgər şəxs ayıq sürücü kimi xidmət göstərirsə, bu xidmət “Bolt” üzərindən sifariş edilirsə və həmin şəxs tərəfdaş şirkətin əməkdaşıdırsa, niyə xidmət zamanı baş verən hadisənin bütün yükü avtomobil sahibinin üzərində qalmalıdır?
Vətəndaş bildirir ki, iki aydan artıqdır avtomobilinə dəymiş zərərin ödənilməsi üçün müxtəlif tərəflərə müraciət edir.
Lakin tərəflər arasında məsuliyyət məsələsinin həll edilməməsi nəticəsində zərərçəkən şəxs faktiki olaraq ortada qalıb.
Məsələ ilə bağlı Bakues.az-a açıqlama verən nəqliyyat eksperti
Aslan Əsədov hesab edir ki, burada hər hansı anlaşılmazlıq olub və ya araşdırma sona qədər aparılmayıb.
Ekspertin sözlərinə görə, məsələnin əsas mahiyyəti nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyinin önə çıxarılması deyil.
Onun fikrincə, burada nəqliyyat vasitəsinin idarə edilməsi zamanı fors-major halların baş verməməsi və sığortanın imtina səbəbləri əsas götürülməlidir.
Aslan Əsədov qeyd edib ki, sürücünün spirtli içkinin təsiri altında olması, narkotik vasitə və ya psixotrop maddədən istifadə etməsi kimi xüsusi hallar sığorta şirkətinin ödənişdən imtina etməsinə əsas yarada bilər:
“Amma bunlar yoxdursa, nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyindən asılı olmayaraq hadisə baş veribsə, burada sığorta haqqının ödənilməsinə dair bir çıxarış olmalıdır”.
Ekspert bildirib ki, vətəndaş məsələdən narazıdırsa, birbaşa Mərkəzi Banka müraciət edə bilər.
Onun sözlərinə görə, sığorta hadisələri və sığorta şirkətlərinə nəzarətlə bağlı səlahiyyətli qurum Mərkəzi Bankdır.
Aslan Əsədov hesab edir ki, Mərkəzi Bank tərəfindən məsələnin obyektiv araşdırılacağı və problemin daha qənaətbəxş formada həll ediləcəyi gözlənilir.
“Yenə də qeyd edirik, məsələnin əsas mahiyyəti vətəndaş məmnuniyyətinin
yaradılmasıdır, vətəndaş məmnuniyyətinin olmasıdır. Hər hansı bir sığorta şirkəti bununla bağlı müvafiq olaraq məsələni yenidən araşdırmalıdır, məsələyə yenidən baxmalıdır, obyektiv bir qərar çıxartmalıdır”, – ekspert vurğulayıb.
Beləliklə, vətəndaş artıq iki aydan çoxdur avtomobilinə dəymiş zərərin ödənilməsini gözləyir.
İndi əsas sual isə budur: Sığorta şirkətinin imtinası həqiqətən qaydalara uyğundur, yoxsa vətəndaşın müraciəti yenidən və daha ətraflı araşdırılmalıdır?/Bakues.az/
Oxşar xəbərlər
-
15.08.2026Hötenin "FauHötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ -
12.05.2026"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi -ŞİKAYƏT -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
20.01.2026Məşhur sığorta şirkətləri sürücülərə “QAN UDDURUR” – SİYAHI -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn
Xəbər lenti
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...
-
1.09.2026İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Foto
-
1.09.2026Putin-Paşinyan görüşü: Bişkekdə ağır söhbət olacaq
-
1.09.2026Nabrandakı məşhur klubda BİABIRÇILIQ: Zibilxanalıq qarpızı 35 manata satdılar — FOTO
-
1.09.2026Bakıda dövlət bağçasına gedən azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddia yayılıb.
-
1.09.2026Bakı aeroportunda əməliyyat...



