1.09.2026

Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü

Sumqayıt sakini sirkədən zəhərlənərək ölüb.
DuzXeber.az xəbər verir ki, avqustun 31-i saat 01 radələrində 1981-ci il təvəllüdlü Samir İsrafilov yaşadığı Xəzər bağlar sahəsindəki evdə sirkə turşusu içib.

O, xəstəxanaya çatdırılsa da, saat 10 radələrində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.(nocomment.az)

Xəbər lenti