12.02.2026
Duzxeber.az: - Naxçıvanlı cərrah Fuad Nəzərov iddia edir ki, MedAura klinikası saxta imza ilə sənədlər hazırlayaraq onu işçi kimi rəsmiləşdirib və bu əsasla ondan on minlərlə manat tələb edir.
"İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
Duzxeber.az: - Naxçıvanlı cərrah Fuad Nəzərov iddia edir ki, MedAura klinikası saxta imza ilə sənədlər hazırlayaraq onu işçi kimi rəsmiləşdirib və bu əsasla ondan on minlərlə manat tələb edir.Şikayətçinin sözlərinə görə, məqsəd klinikanın bir xəstəyə ödədiyi böyük məbləği onun üzərinə yönəltməkdir. Nəzərov bildirir ki, imzanın saxta olduğunu təsdiqləyən ekspertiza rəyi olsa da, məhkəmələr bunu nəzərə almır: Şərur Rayon Məhkəməsi müqaviləni sübut kimi qəbul edib, Naxçıvan MR Ali Məhkəməsi isə apellyasiya şikayətini icraata götürməyib.
Həkim deyir ki, 2022-ci ildə həmin klinikada yalnız bir dəfə əməliyyat aparıb. Buna baxmayaraq, sonradan onun adına saxta əmək müqaviləsi tərtib edilərək işçi kimi göstərilib. Onun sözlərinə görə, məqsəd klinikanın xəstəyə ödədiyi 36 min 600 manatı regres qaydasında ondan tələb etməkdir.
“Mən orada nə işçi olmuşam, nə də icarəçi. Cəmi bir dəfə əməliyyat etmişəm. Sonra klinika xəstəyə ödəniş edib və bu pulu mənim üzərimə yönəltmək istəyib. Bunun üçün də adıma saxta əmək müqaviləsi hazırlayıblar. Çünki, klinika yalnız əmək müqaviləsi olan işçilərdən regres qaydasında pul tələb edə bilər. Bu məqsədlə imzamı saxtalaşdırıb işçi kimi rəsmiləşdiriblər və indi deyirlər ki, pulu mən ödəməliyəm.”
Fuad Nəzərov bildirir ki, imzanın ona aid olmadığını təsdiqləyən ekspert rəyi Şərur Rayon Məhkəməsinə təqdim edilsə də, məhkəmə bunu nəzərə almayıb və müqaviləni əsas götürərək pulun tutulması barədə qərar çıxarıb.
“Ekspert rəyində açıq yazılıb ki, imza mənə məxsus deyil. Buna baxmayaraq, saxta müqavilə əsas götürüldü. Bu artıq təkcə mülki mübahisə deyil, cinayət məsələsidir.”
Onun sözlərinə görə, bu qərardan apellyasiya şikayəti verilsə də, Naxçıvan MR Ali Məhkəməsi qəbul etməyi:
“Hakimi Mehman Allahverdiyevin məhkəmə sübutların təqdim edilməsi üçün verdiyimiz vəsatəti rədd edib, əlavə ekspertiza təyin etməyib və cinayət əlamətləri olan saxtakarlıq faktını araşdırmayıb. Mən etmədiyim əmələ görə saxta imza ilə məsuliyyət daşımalı deyiləm.”
Nəzərov bildirir ki, məsələ ilə bağlı Naxçıvan MR Ali Məhkəməsinin sədrinə, Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsinə müraciət edib. Lakin indiyədək saxta imza və sənəd iddiaları üzrə hər hansı araşdırma aparılmayıb.
Həkim növbəti mərhələdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verməyə hazırlaşdığını deyir.
Məsələyə münasibət öyrənmək üçün adı çəkilən klinika ilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
"Gündəlik Naxçıvan"
Oxşar xəbərlər
-
6.02.2026Neftçala bələdiyyəsinin keçmiş sədri kimdən rüşvət alıb? – İTTİHAM AKTI -
14.01.2026Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR -
22.11.2025Leyla və Alena Əliyevalar Lənkəranda yaradılmış Baytarlıq Klinikası ilə tanış oldular - FOTOLAR
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə



