ABŞ-da hərbçilərin COVID-19-a qarşı məcburi peyvəndlənmədən sonra mümkün ölümü ilə bağlı araşdırma başladılıb.
DuzXeber.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın səhiyyə naziri Robert Kennedi və Pentaqonun rəhbəri Pit Heqset araşdırmada hərbi həkim Tereza Lonqla əməkdaşlıq edir.
Lonqun sözlərinə görə, o, peyvənddən sonra hərbçilərin ölümü ilə bağlı 2,5 mindən çox təsdiqlənməmiş məlumatı araşdırır. Həkim həmçinin peyvəndlə əlaqəli olduğu ehtimal edilən 28 ölüm halının şəxsən ona məlum olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden 2021-ci ildə hərbi qulluqçular üçün COVID-19 vaksinasiyasını məcburi edib. Tələb 2022-ci ildə Konqres tərəfindən ləğv edilənədək, təxminən 9 min hərbçi ABŞ Silahlı Qüvvələrindən xaric edilib.//Müəllif: Roza

Paylaş