13.02.2026
Duzxeber.az: - Sosial şəbəkələrdə mini gizli kameraların satışı ilə bağlı paylaşılan elan müzakirələrə səbəb olub.
Əsasən “TikTok” platformasında elektron ticarət məqsədilə yaradılmış səhifədə düymə ölçülü kameralar gündəlik əşyalar kimi açıq şəkildə satışa çıxarılıb.
Görüntülərdən də aydın olur ki, çox kiçik ölçüdə olan kameraları müxtəlif əşyaların üzərinə yapışdırmaq mümkündür. Paylaşıma rəy yazan izləyicilər də bu tipli reklamların yolverilməz olduğunu, belə ticarət üsullarının şəxsi həyata qanunsuz müdaxilələrə yol aça biləcəyini qeyd ediblər.
Diqqət çəkən vacib məqamlardan biri də minimal ölçülü kameraların təhlükəsizlik məqsədilə deyil, məhz gizli yerlərə - hamam, qapı cəftəsi, oyuncaqlar, kompüterlərin üstünə yapışdırılmasıdır. Bu reklamlar sanki həmin izləmə kameralarının asanlıqla əldə olunması və qeyri-qanuni istifadəsi üçün ideya verir. Həm də cəmi 21 manata təklif edilir.
Məlumat üçün bildirək ki, gizli kameraların qanunsuz satışı və istifadəsi hüquqi məsuliyyət yaradır. Bu əşyalar ölkədə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir.
İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə edən şəxslər barəsində həmin vasitələrin müsadirə edilməsi və 200–400 manat məbləğində cərimə tətbiq olunur. Bu vasitələrin qanunsuz istehsalı, satışı və ya satış məqsədilə əldə edilməsi artıq cinayət məsuliyyəti yaradır. Azərbaycan Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə görə, belə əməllərə görə 2000–5000 manat cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.//xalqxeber.az
Bu videoları çəkib gizli kameraları reklam edirlər - Hamamda, oyuncaqda, kompüterdə...
Duzxeber.az: - Sosial şəbəkələrdə mini gizli kameraların satışı ilə bağlı paylaşılan elan müzakirələrə səbəb olub.Əsasən “TikTok” platformasında elektron ticarət məqsədilə yaradılmış səhifədə düymə ölçülü kameralar gündəlik əşyalar kimi açıq şəkildə satışa çıxarılıb.
Görüntülərdən də aydın olur ki, çox kiçik ölçüdə olan kameraları müxtəlif əşyaların üzərinə yapışdırmaq mümkündür. Paylaşıma rəy yazan izləyicilər də bu tipli reklamların yolverilməz olduğunu, belə ticarət üsullarının şəxsi həyata qanunsuz müdaxilələrə yol aça biləcəyini qeyd ediblər.
Diqqət çəkən vacib məqamlardan biri də minimal ölçülü kameraların təhlükəsizlik məqsədilə deyil, məhz gizli yerlərə - hamam, qapı cəftəsi, oyuncaqlar, kompüterlərin üstünə yapışdırılmasıdır. Bu reklamlar sanki həmin izləmə kameralarının asanlıqla əldə olunması və qeyri-qanuni istifadəsi üçün ideya verir. Həm də cəmi 21 manata təklif edilir.
Məlumat üçün bildirək ki, gizli kameraların qanunsuz satışı və istifadəsi hüquqi məsuliyyət yaradır. Bu əşyalar ölkədə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir.
İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə edən şəxslər barəsində həmin vasitələrin müsadirə edilməsi və 200–400 manat məbləğində cərimə tətbiq olunur. Bu vasitələrin qanunsuz istehsalı, satışı və ya satış məqsədilə əldə edilməsi artıq cinayət məsuliyyəti yaradır. Azərbaycan Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə görə, belə əməllərə görə 2000–5000 manat cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.//xalqxeber.az
Oxşar xəbərlər
-
31.01.2026Xəbərdarlıq edilmədən sökülen reklam lövhələri: ADRA-nın Yasamaldakı əməliyyatı hansı hüquqi əsaslara söykənir? -
30.01.2026Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
26.01.2026QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
22.11.2025Leyla və Alena Əliyevalar Lənkəranda yaradılmış Baytarlıq Klinikası ilə tanış oldular - FOTOLAR
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib



