Duzxeber.az: - Bir çox vətəndaşlar binanın bünövrəsi qoyulanda, yaxud da tikinti gedə-gedə mənzil alırlar. Səbəb də budur ki, tikintisi başa çatmamış mənzillərin satış qiyməti hazır binalardan daha ucuz olur. Eyni zamanda, tikinti getdiyi müddətdə insanlara hissə-hissə ödəniş imkanı yaradılır. Qiymətin ucuzluğu, hissəli ödəniş imkanı tikintisi başa çatmamış binadan mənzil almağı cəlbedici edir.
Bu yolla mənzil almaq istəyən minlərlə vətəndaşın aldadıldığı hallar da az olmayıb. Elə hallar olub ki, tikinti şirkətinin rəhbərləri vətəndaşlardan toplanan pulları mənimsəyib. İnsanlar illərlə topladığı pulları da itirib, ev sahibi olmaq ümidini də. Yaxud da sonra məlum olub ki, tikilən binada eyni mənzil bir neçə nəfərə satılaraq, dələduzluğa yol verilib.
Ötən 20 il ərzində bu cür hallarla bağlı onlarla cinayət işi qaldırılıb, yüzlərlə insan həbs olunub. Gəlib 2026-cı ilə çatmışıq, hələ də bənzər vəziyyətlər yaşanır.
Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksində ev sahibi olacağını gözləyən onlarla vətəndaş çarəsiz vəziyyətdədir. Şikayətçilər başlarına gələnləri Bizimyol.info xəbər portalına danışıblar.
Məlum olub ki, onların bir qismi əvvəldən həmin ərazidə yaşayanlardır. Onların yaşadıqları evlərin qəzalı vəziyyətdə olduğunu əsas gətirərək söküblər.
“10 il əvvəl evlərimizi sökdülər. Dedilər ki, yerində hündürmərtəbəli bina tikiləcək. Binanı iki ilə hazır eləyib, təhvil verməli idilər. Üstündən 10 il keçib, hələ də küçələrdə qalmışıq”. – deyə Cəmil Əliyev bildirib.
O, qeyd edib ki, kirayə pullarını da kəsiblər, bu isə vəziyyəti bir az ağırlaşdırıb.
2016-cı ildə Nizami Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə pilot layihə çərçivəsində Şirin Mirzəyev küçəsindəki qəzalı binaların sökülərək, yerində yeni hündürmərtəbəli binaların titintisinə qərar verilib. Bu işin icrası “Vesta Construction”a həvalə olunub.
Şikayətçilər arasında vaxtilə evi sökülənlərlə yanaşı, həmin binadan ev almaq üçün özləri nağd şəkildə pul verən vətəndaşlar da var. Onlar bildirirlər ki, illərlə işləyib-yığdıqları pulları verib, ev sahibi olmaq istəyiblər. İndi isə məlum olub ki, binada eyni mənzillər bir neçə nəfərə satılıb.
“Bu binadan ev almışıq, məlum olub ki, başqalarına da satılıb”, - deyə Saleh İbrahimov bildirib.
Şikayətçilərin sözlərinə görə, tikilən binada elə mənzil var, 5 nəfərə satılıb.
Vətəndaşlar baş verənlərə görə həm də Nizami Rayon İcra Hakimiyyətini ittiham edir. Onlar hesab edirlər ki, əgər icra hakimiyyəti pilot layihənin icrasına yaxşı nəzarət etsəydi, vətəndaşların başına bu oyunları açmazdılar.
Şikayətçi vətəndaşlar kömək üçün Prezident Administrasiyası, Ombudsman Aparatı və başqa aidiyyəti dövlət orqanlarına da şikayət məktubları göndəriblər.
Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, “Vesta Construction” şirkətindən narazı olan vətəndaşların problemləri barədə məlumatlıdılar. Həmin vətəndaşlar icra hakimiyyətində qəbul edilib:
“Şirkət rəhbərliyinə öhdəlikləri ilə bağlı xəbərdarlıq edilib. Təəssüf ki, məsələlər həllini tapmayıb. Zərərçəkmiş şəxslərin kollektiv müraciətləri əsasında Nizami prokurorluqda cinayət işi başlanıb. Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə MMC tərəfindən kirayə haqlarının ödənişi həll olunub. Problemlərin həlli icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır”.
O da məlum olub ki, vətəndaşların aldadılması ilə əlaqədar “Vesta Construction” şirkətinin rəhbəri Ceyhun Quliyev cinayət məsuliyyətinə cəlb olunub.(Bizimyol.info )
Gündəm / Cəmiyyət / Manşet
İcra başçısının nə marağı var idi ki... CAMAAT ZÜLMƏ SALINIB? - “Vesta Construction” İŞİNDƏ ŞÜBHƏ!
Gündəm / Manşet
Bu çayları alanlara ciddi xəbərdarlıq – Səssizcə öldürür
Gündəm / Sosial
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Gündəm / Cəmiyyət
Bakının mərkəzində 15 bina SÖKÜLƏCƏK - ÜNVANLAR
Gündəm / Manşet
Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda - VİDEO
Gündəm / Cəmiyyət
Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Gündəm / İdman
“Mançester Yunayted” “Sabah”la oyun üçün iştirak ərizəsini açıqladı
Gündəm / Sosial
Çıxarışı olmayan mənzillərlə bağlı xəbərdarlıq
Gündəm / Dünya
ABŞ ordusunda araşdırma: COVID vaksini hərbçilərin ölümünə səbəb olub?
Gündəm / Dünya
ABŞ ordusunda araşdırma: COVID vaksini hərbçilərin ölümünə səbəb olub?
Gündəm / Manşet
“Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
Gündəm / Hadisə
Yanacaq daşıyan avtomobil qəza törətdi
Gündəm / Dünya
"Arxadan vurulan zərbə" bu dəfə Almaniyada - Mertsə qarşı pərdəarxası plan
Gündəm / Təhsil / Üst xəbər / Manşet
Təhsil sistemi niyə hələ də məktəblərin acınacaqlı mənzərəsindən xilas ola bilmir? — Goranboy hadisəsi daha böyük problemin göstəricisidir
Gündəm / Manşet
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Gündəm / Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Gündəm / Cəmiyyət
Bakıda Bal Yarmarkası başlayır
Gündəm / Cəmiyyət
Bakıda bu yol tam bağlanır
Gündəm / Dünya
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
Gündəm / Cəmiyyət
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Gündəm / Təhsil
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb
Gündəm / Səhiyyə / Manşet
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama: Adıçəkilən həkimlər klinikada çalışmayıblar
Gündəm / Təhsil
İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
Gündəm / Sosial
MİDA güzəştli mənzillərin satışına BAŞLADI
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Gündəm / Üst xəbər
“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif
Gündəm / Təhsil
Onlayn dərsə keçən məktəblərin SİYAHISI
Gündəm / Hadisə
Lənkəranda faciə: Nərdivandan yıxlıb öldü
Gündəm / Hadisə
Bakıda avtomobil ağaca çırpıldı, ölən var
Gündəm / Dünya
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Gündəm / Manşet
