18.02.2026
Duzxeber.az: - Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad İsmayılovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbər təyin olunması ictimaiyyətdə yeni mərhələ gözləntiləri yaradıb. Lakin nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlarda illərdir səslənən şikayətlər və adı müxtəlif qalmaqallarda hallanan şəxslərlə bağlı iddialar göstərir ki, qarşıda duran mənzərə təkcə idarəetmə deyil, həm də hüquqi və etik məsuliyyət məsələsidir.
Yeni nazir Rəşad İsmayılovdan gözləntilər:Xəqani İsmayılovun "toxunulmazlıq statusu"na son qoyulacaqmı
Duzxeber.az: - Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad İsmayılovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbər təyin olunması ictimaiyyətdə yeni mərhələ gözləntiləri yaradıb. Lakin nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlarda illərdir səslənən şikayətlər və adı müxtəlif qalmaqallarda hallanan şəxslərlə bağlı iddialar göstərir ki, qarşıda duran mənzərə təkcə idarəetmə deyil, həm də hüquqi və etik məsuliyyət məsələsidir.“Azərbaycan Yaşıllaşdırma və Landştaft Quruluşu” ASC-nin nəzdindəki Suvarma sistemlərinin istismarı və təmiri idarəsində adı hallanan Xəqani İsmayılov barəsində mediada yayılan şikayətlərin uzun müddətdir davam etməsi artıq təsadüfi narazılıq deyil, sistemli problem görüntüsü yaradır. İddialara görə, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə iki epizodda onun adı keçir. Bu fakt özü-özlüyündə hüquqi hökm olmasa da, dövlət idarəçiliyində reputasiya risklərinin ciddi araşdırılmasını zəruri edir. Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun əsas prinsiplərindən biri dövlət orqanlarında şəffaflıq və maraqlar toqquşmasının qarşısının alınmasıdır. Eyni zamanda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna əsasən, dövlət qulluqçuları:vəzifə səlahiyyətlərindən şəxsi münasibətlər üçün istifadə etməməli, rəhbərlik qərarlarına təsir edə biləcək qeyri-rəsmi əlaqələrdən çəkinməli, ictimai etimadı sarsıda biləcək hallardan uzaq durmalıdırlar. Məhz bu baxımdan Xəqani İsmayılovun nazirlikdə müəyyən şəxslər tərəfindən himayə olunduğu, rayon səfərlərində yüksək vəzifəli şəxslərlə qeyri-rəsmi şəkildə birlikdə iştirak etdiyi barədə iddialar hüquqi yoxlamanı zəruri edən suallar doğurur. Burada artıq təkcə etik məsələ deyil, mümkün maraqlar toqquşması və xidməti səlahiyyətlərdən sui-istifadə ehtimalı gündəmə gəlir.
Muxtar Babayev dövründə verilən tapşırıq – niyə yarımçıq qaldı?
Məlumatlara görə, əvvəlki nazir Muxtar Babayev şikayətlər fonunda Xəqani İsmayılovun işdən çıxarılmasını tapşırmışdı. Bu, əslində rəhbərlik səviyyəsində narahatlığın mövcud olduğunu göstərir. Əvvəlki nazir Muxtar Babayev tərəfindən onun işdən uzaqlaşdırılması istiqamətində göstəriş verildikdən dərhal sonra Xəqani İsmayılov “xəstəlik” səbəbi ilə əmək qabiliyyətsizlik vərəqəsi – bülleten götürərək işdən kənarda qalıb. Xəqani İsmayılovun bülletenə çıxması, “vaxt udma taktikası” nəticəsində planlaşdırılan qərar icra olunmayıb, sonradan nazirlikdə baş verən rəhbərlik dəyişiklikləri onun vəzifədə qalmasına şərait yaradıb və həmin qərarın icrasını faktiki olaraq dayandırıb. Burada fundamental sual yaranır. Əgər şikayətlər əsassız idisə, niyə vəzifədən uzaqlaşdırılma məsələsi gündəmə gətirilmişdi? Yox, əgər əsaslı idisə, niyə proses sonadək aparılmadı? Bu suallar cavabsız qaldıqca nazirlikdə qərarların şəffaflıqla deyil, şəxsi təsirlərlə formalaşdığına dair şübhələr güclənir. Redaksiyalara daxil olan məlumatlar göstərir ki, bəzi vəzifəli şəxslər illərlə şikayətlərə baxmayaraq postlarını qoruyub saxlayırlar. Bu isə dövlət qurumlarında geniş yayılmış “toxunulmazlıq sindromu” təsəvvürünü gücləndirir. Ən təhlükəli məqam ondan ibarətdir ki, belə hallarda məsuliyyət fərdi olmur — nəticədə bütün sistemin nüfuzu zərər görür. Dövlət başçısının son illər həyata keçirdiyi struktur islahatları fonunda köhnə idarəçilik yanaşmalarının qalması islahatların məntiqinə zidd görünür. Nazirlik daxilində bu məsələ ətrafında müəyyən addımlar atılmadıqca, nazirlikdə şəffaflığın yalnız kağız üzərində olduğu təəssüratı güclənəcək.
Yeni nazir üçün ilk ciddi imtahan
Rəşad İsmayılovun qarşısında duran əsas sual budur. Əvvəlki dövrdən qalma mübahisəli fiqurlarla bağlı real araşdırma aparılacaqmı, yoxsa status-kvo qorunacaq?
Bu gün ictimaiyyət konkret addımlar gözləyir — şəxsi münasibətlərə yox, hüquqi normalara əsaslanan idarəetmə. Əks halda, nazirliyin daxilində illərlə səslənən şikayətlər sadəcə ad dəyişiklikləri fonunda davam edəcək və islahatlara olan inam daha da sarsılacaq.
Ekologiya və təbii sərvətlər ölkənin strateji sahəsidir. Bu sahədə idarəçilik şəffaf və qanunlara tam uyğun olmalıdır. Əgər bir məmur haqqında illərlə müxtəlif dairələrdə şikayətlər səslənirsə, adı cinayət işlərinin epizodlarında hallanırsa və onun yüksək səviyyədə himayə olunduğu barədə iddialar dolaşırsa — bu artıq sadə kadr məsələsi deyil, nazirlik daxilində idarəçiliyinin etibarlılığı məsələsidir. Yeni rəhbərlik üçün real seçim budur: ya köhnə problemlərin üzərinə gedib hüquqi aydınlıq yaratmaq, ya da sualların kölgəsində qalmaq.(aktualinfo.net)
Oxşar xəbərlər
-
11.02.2026İXTİSAS YOX, İDDİA VAR: EKOLOGİYA NAZİRLİYİNDƏ MÜMKÜN QANUN POZUNTUSU -
31.01.2026Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub - İLGİNC FAKTLAR -
3.01.2026Dələduzluq ittihamları, sıfır təcrübə və yüksək vəzifə:Xəqani İsmayılov necə direktor oldu? -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
7.08.2026Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb-FOTO
-
7.08.2026Özəl bağçalarla maliyyələşmə görüşü keçirildi
-
7.08.2026"Qarşılıqlı tədbirlər görəcəyik" - İspaniyadan İtaliyaya XƏBƏRDARLIQ
-
7.08.2026Həftəsonu güclü külək əsəcək
-
7.08.2026"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
-
7.08.2026Avropada ölümcül istilər: Temperatur 42 dərəcəyə çatdı
-
7.08.2026Sosial şəbəkədə nalayiq ifadələr işlədən qadın saxlanıldı
-
7.08.2026Bu ölkədə quş qripi sürətlə yayılır - Məhdudiyyətlər tətbiq olundu
-
7.08.2026“Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
7.08.2026Jurnalistikanın qabiliyyət imtahanının nəticələri açıqlandı
-
7.08.2026Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir
-
7.08.2026Hərbi qulluqçular üçün sınaq imtahanları keçirilir
-
7.08.2026Bağlanan universitetin müəllimləri narazıdır –Video
-
7.08.2026Yaxın Şərqdəki gərginlik fonunda dünya birjalarında neft bahalaşır
-
7.08.2026Fermada ov tüfəngi ilə bibisini öldürdü
-
7.08.202620 manatlıq ödəniş ləğv olundu
-
7.08.2026Kəndlinin məhsulu bazarda 50 dəfə baha satılır: Vətəndaşları belə soyurlar!
-
7.08.2026İlham Əliyev sərəncam imzaladı
-
7.08.2026Moskvada güclü partlayış səsləri eşidildi
-
7.08.2026Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
-
7.08.2026Gürcüstan Bakı-Tbilisi qatarını niyə qəbul etmir?
-
7.08.2026Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA
-
7.08.2026Hörmüz boğazında həyəcan: Neft gəmiləri dayanıb, bazar qərar gözləyir
-
7.08.2026Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ
-
7.08.2026Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı- VİDEO
-
7.08.2026Bakının mərkəzində obyekt yanır
-
7.08.2026Ebola dəhşət saçır - Ölənlərin sayı 1801-ə yüksəldi
-
7.08.2026Bakıda yaşayanların DİQQƏTİNƏ!7 avqust 2026-cı il saat 00:00-dan etibarən...
-
7.08.2026Ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var
-
7.08.2026Kolleclərə qəbul olmaq istəyənlər üçün – Vacib xəbər



