7.08.2026
“Azərlotereya” iyul ayında “Poz-Qazan” oyunları üzrə 3,29 milyondan çox uduşlu bilet qeydə alındığını və bu biletlər üzrə 15,7 milyon manatdan çox uduş ödənildiyini açıqlayıb.
DuzXeber.az Bizimesr.media-ya istinadən bildirir ki, şirkətin yaydığı məlumatda böyük uduşlar xüsusi olaraq önə çəkilir. Belə ki, “Super Keno” oyununda Bakı sakininin 100 min manat qazandığı, “4+4” tirajlı lotereyada isə 1,9 milyon manatlıq cekpotun cəmi bir rəqəmlə qaçırıldığı bildirilir. Həmçinin 25 min, 10 min və digər məbləğlərdə uduşlar barədə məlumat verilir.
Bu cür təqdimat lotereyanın ən cəlbedici tərəfini - uduş imkanlarını ön plana çıxarır və təbii olaraq reklam xarakteri daşıyır. Lakin açıqlanan statistikada mühüm bir məqam diqqətdən kənarda qalır - iyul ayında ümumilikdə neçə bilet satılıb?
Şirkət 3,29 milyon uduşlu bilet olduğunu açıqlasa da, ümumi satılan biletlərin sayını göstərmir. Bu rəqəm olmadan uduşlu biletlərin ümumi satışdakı payını və real uduş ehtimalını müəyyənləşdirmək mümkün deyil.
Məsələn, 3,29 milyon uduşlu bilet 5 milyon bilet arasından çıxıbsa, bir statistika yaranır. Əgər ümumi satış 30-50 milyon bilet təşkil edibsə, tamamilə başqa mənzərə ortaya çıxır.
Eyni vəziyyət 15,7 milyon manatlıq uduşa da aiddir. Şirkət bu məbləğin hansı həcmdə satış fonunda ödənildiyini açıqlamır. Ümumi satış məbləği bilinmədən 15,7 milyon manatın satışlara nisbətini hesablamaq mümkün deyil.
Digər tərəfdən, “3,29 milyon uduşlu bilet” ifadəsi də uduşların strukturunu göstərmir. Bu biletlərin neçəsində yalnız biletin qiyməti geri qayıdıb, neçəsi kiçik məbləğ qazandırıb, neçəsi isə böyük uduş əldə edib – bu barədə məlumat yoxdur.
Beləliklə, açıqlanan statistika əsasən nə qədər uduş verildiyini göstərir, amma bu uduşların neçə biletin satışı hesabına formalaşdığını göstərmir.
Halbuki tam mənzərə üçün ən azı beş əsas göstərici açıqlanmalıdır: ümumi satılan bilet sayı, uduşlu biletlərin sayı, uduşsuz biletlərin sayı, ümumi satış məbləği və ödənilən uduşun satışlara nisbəti.
Bu rəqəmlər açıqlanmadığı halda 15,7 milyon manatlıq uduş və 3,29 milyon uduşlu bilet böyük göstəricilər kimi təqdim olunsa da, onların istehlakçı üçün real statistik mənasını qiymətləndirmək mümkün deyil.
Çünki lotereyada əsas sual yalnız “kim nə qədər qazandı? deyil. Əsas suallardan biri də budur Bu uduşlar neçə milyon biletin satışı hesabına formalaşıb və həmin biletlərin neçə faizi uduşlu olub?
Bizimesr.media
“Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
“Azərlotereya” iyul ayında “Poz-Qazan” oyunları üzrə 3,29 milyondan çox uduşlu bilet qeydə alındığını və bu biletlər üzrə 15,7 milyon manatdan çox uduş ödənildiyini açıqlayıb.DuzXeber.az Bizimesr.media-ya istinadən bildirir ki, şirkətin yaydığı məlumatda böyük uduşlar xüsusi olaraq önə çəkilir. Belə ki, “Super Keno” oyununda Bakı sakininin 100 min manat qazandığı, “4+4” tirajlı lotereyada isə 1,9 milyon manatlıq cekpotun cəmi bir rəqəmlə qaçırıldığı bildirilir. Həmçinin 25 min, 10 min və digər məbləğlərdə uduşlar barədə məlumat verilir.
Bu cür təqdimat lotereyanın ən cəlbedici tərəfini - uduş imkanlarını ön plana çıxarır və təbii olaraq reklam xarakteri daşıyır. Lakin açıqlanan statistikada mühüm bir məqam diqqətdən kənarda qalır - iyul ayında ümumilikdə neçə bilet satılıb?
Şirkət 3,29 milyon uduşlu bilet olduğunu açıqlasa da, ümumi satılan biletlərin sayını göstərmir. Bu rəqəm olmadan uduşlu biletlərin ümumi satışdakı payını və real uduş ehtimalını müəyyənləşdirmək mümkün deyil.
Məsələn, 3,29 milyon uduşlu bilet 5 milyon bilet arasından çıxıbsa, bir statistika yaranır. Əgər ümumi satış 30-50 milyon bilet təşkil edibsə, tamamilə başqa mənzərə ortaya çıxır.
Eyni vəziyyət 15,7 milyon manatlıq uduşa da aiddir. Şirkət bu məbləğin hansı həcmdə satış fonunda ödənildiyini açıqlamır. Ümumi satış məbləği bilinmədən 15,7 milyon manatın satışlara nisbətini hesablamaq mümkün deyil.
Digər tərəfdən, “3,29 milyon uduşlu bilet” ifadəsi də uduşların strukturunu göstərmir. Bu biletlərin neçəsində yalnız biletin qiyməti geri qayıdıb, neçəsi kiçik məbləğ qazandırıb, neçəsi isə böyük uduş əldə edib – bu barədə məlumat yoxdur.
Beləliklə, açıqlanan statistika əsasən nə qədər uduş verildiyini göstərir, amma bu uduşların neçə biletin satışı hesabına formalaşdığını göstərmir.
Halbuki tam mənzərə üçün ən azı beş əsas göstərici açıqlanmalıdır: ümumi satılan bilet sayı, uduşlu biletlərin sayı, uduşsuz biletlərin sayı, ümumi satış məbləği və ödənilən uduşun satışlara nisbəti.
Bu rəqəmlər açıqlanmadığı halda 15,7 milyon manatlıq uduş və 3,29 milyon uduşlu bilet böyük göstəricilər kimi təqdim olunsa da, onların istehlakçı üçün real statistik mənasını qiymətləndirmək mümkün deyil.
Çünki lotereyada əsas sual yalnız “kim nə qədər qazandı? deyil. Əsas suallardan biri də budur Bu uduşlar neçə milyon biletin satışı hesabına formalaşıb və həmin biletlərin neçə faizi uduşlu olub?
Bizimesr.media
Oxşar xəbərlər
-
5.05.202625 milyonluq "təmir" - “Xezer-Construction” və “Az.Arxitektura” şirkətlərini kim birləşdirir?- İLGİNC -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.02.2026“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyin“Qəhrəmanlıq salnaməsi – Tarix yazılan 44 gün” layihəsi çərçivəsində silsilə tədbirlər baş tutub -
1.02.2026“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün” layihəsinin icrasına başlamışdır – FOTOLAR -
31.01.2026Xəbərdarlıq edilmədən sökülen reklam lövhələri: ADRA-nın Yasamaldakı əməliyyatı hansı hüquqi əsaslara söykənir?
Xəbər lenti
-
8.08.2026AYNA şefi öz ampulasında -Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir/VİDEO
-
8.08.2026Taksidən oğurluq edən şəxs saxlanıldı
-
8.08.2026Nazirlik su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi
-
8.08.2026Yaponiyanın iki adası təcili boşaldılır - VİDEO
-
8.08.2026"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
-
8.08.2026PUA təhlükəsi: Gelencikdə bütün çimərliklər bağlandı
-
8.08.2026Paşinyandan Əliyevə tarixi ZƏNG: Sülh gündəliyində yeni mərhələ
-
8.08.2026PUA təhlükəsi: Gelencikdə bütün çimərliklər bağlandı
-
8.08.2026Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
-
8.08.2026Sabirabadda həyətdən yeniyetmə qızın meyiti tapıldı
-
8.08.2026Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
-
8.08.2026“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi
-
8.08.2026Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
8.08.2026Ukrayna Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurdu
-
8.08.2026Gürcüstan gömrüyündə saxlanılan azərbaycanlı sürücülərin problemi həll edilir
-
8.08.2026Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi
-
8.08.2026Sürücülərin kabusu: Ödənişli yol qaranlığa qərq olub - Pullar haraya gedir?
-
8.08.2026NATO-dan SƏRT XƏBƏRDARLIQ: Rusiya bu ərazini işğal edəcək
-
8.08.2026Cəbrayıl, Zəngilan və Qubadlı rayonları...
-
8.08.2026Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı
-
8.08.2026"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
-
8.08.2026Bu ərazidə pensiyalar ödənildi
-
8.08.2026Xocavənddə traktor MİNAYA DÜŞDÜ
-
8.08.2026Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
-
8.08.2026Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
-
8.08.2026Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
8.08.2026Sumqayıtda sex və mağaza yandı - VİDEO
-
8.08.2026Rusiyada neft emalı zavodları yenə vuruldu
-
8.08.2026Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
-
8.08.2026Əkin sahəsindən qadın meyiti tapıldı



