7.08.2026

"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR

"Arzum9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
DuzXeber.az teleqraf.az-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin vəkili hakim tərkibinə etiraz edib.
Məhkəmə tərkibi etirazın baxılmamış saxlayıb. Daha sonra prosesdə zərərçəkmiş Sənubər Muradova ifadə verib. O bildirib ki, hadisədən qabaq əri ilə marketdən qayıdırmışlar: "Qarşımızda maşın var idi. Dəfələrlə uzaq işıqla yol istədik. Sonra bu hadisə baş verdi. Qəzadan sonra eşitmə qabiliyyətimi itirmişəm. Təqsirləndirilən şəxsin tərəfdarları tərəfindən təhqirə məruz qalmışam. Xahiş edirəm ədalətli qərar verəsiniz".
Daha sonra şahid qismində İlham İbrahimov dindirilib:
"Hadisə vaxtı "Bravo" mağazası tərəfdə idim. Həmin an qəza səsini eşitdim, maşınımla o tərəfə getdim. Mən ora yaxınlaşanda İlduzə xanımın maşını yolun ortasında dayanmışdı. İlduzə xanım özündən getmişdi. Onu maşının arxa oturacağında əyləşdirdik. Yanındakı şəxlər məndən onu xəstəxanaya aparmağımı xahiş etdilər. Mən də xəstəxanaya apardım. İlduzə xanım xəstəxanada təxminən 30 dəqiqə qaldı. Sonra onları evə apardım".
Daha sonra məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlandığını elan edib.
Müdafiə vəkilləri məhkəmədən qəzanın cüzi sürtünmə və ya sürətlə idarə olunmasına görə baş verməsinin araşdırılması, həmçinin kompleks avtotexniki ekspertizanın təyin olunmasını xahiş ediblər.
Vəsatət təmin olunub, ekspertiza rəyi təqdim olunana kimi prosesin qeyri-müəyyən vaxta təxirə salınıb.
Xatırlatma: Xəzər Rayon Məhkəməsinin hökmü ilə "Arzum" cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktokerin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.
Hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Gecə yarısı "Changan" markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn "Mercedes" markalı avtomobillə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
Oxşar xəbərlər
-
22.07.2026Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır? -
30.03.202618 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət - FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
6.02.2026Neftçala bələdiyyəsinin keçmiş sədri kimdən rüşvət alıb? – İTTİHAM AKTI -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
7.08.2026Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb-FOTO
-
7.08.2026Özəl bağçalarla maliyyələşmə görüşü keçirildi
-
7.08.2026"Qarşılıqlı tədbirlər görəcəyik" - İspaniyadan İtaliyaya XƏBƏRDARLIQ
-
7.08.2026Həftəsonu güclü külək əsəcək
-
7.08.2026"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
-
7.08.2026Avropada ölümcül istilər: Temperatur 42 dərəcəyə çatdı
-
7.08.2026Sosial şəbəkədə nalayiq ifadələr işlədən qadın saxlanıldı
-
7.08.2026Bu ölkədə quş qripi sürətlə yayılır - Məhdudiyyətlər tətbiq olundu
-
7.08.2026“Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
7.08.2026Jurnalistikanın qabiliyyət imtahanının nəticələri açıqlandı
-
7.08.2026Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir
-
7.08.2026Hərbi qulluqçular üçün sınaq imtahanları keçirilir
-
7.08.2026Bağlanan universitetin müəllimləri narazıdır –Video
-
7.08.2026Yaxın Şərqdəki gərginlik fonunda dünya birjalarında neft bahalaşır
-
7.08.2026Fermada ov tüfəngi ilə bibisini öldürdü
-
7.08.202620 manatlıq ödəniş ləğv olundu
-
7.08.2026Kəndlinin məhsulu bazarda 50 dəfə baha satılır: Vətəndaşları belə soyurlar!
-
7.08.2026İlham Əliyev sərəncam imzaladı
-
7.08.2026Moskvada güclü partlayış səsləri eşidildi
-
7.08.2026Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
-
7.08.2026Gürcüstan Bakı-Tbilisi qatarını niyə qəbul etmir?
-
7.08.2026Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA
-
7.08.2026Hörmüz boğazında həyəcan: Neft gəmiləri dayanıb, bazar qərar gözləyir
-
7.08.2026Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ
-
7.08.2026Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı- VİDEO
-
7.08.2026Bakının mərkəzində obyekt yanır
-
7.08.2026Ebola dəhşət saçır - Ölənlərin sayı 1801-ə yüksəldi
-
7.08.2026Bakıda yaşayanların DİQQƏTİNƏ!7 avqust 2026-cı il saat 00:00-dan etibarən...
-
7.08.2026Ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var
-
7.08.2026Kolleclərə qəbul olmaq istəyənlər üçün – Vacib xəbər



