12.03.2026
Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaq, bu isə öz növbəsində fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcəkdir.
Duzxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.
O bildirib ki, rəqəmsal fırıldaqçılıq risklərinin azaldılması məqsədilə Mərkəzi Bank tərəfindən Mərkəzləşdirilmiş məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində də işlər aparılır.
“Bu sistem, banklar, ödəniş təşkilatları və digər səlahiyyətli qurumlar arasında operativ məlumat mübadiləsini təmin edəcək və fırıldaqçılıq hallarına daha sürətli reaksiya verilməsinə imkan yaradacaq. Mərkəzi Bank maliyyə institutlarının bazar davranışlarının hüquqi tənzimlənməsinin inkişaf etdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə, qabaqcıl təcrübəyə uyğun olaraq, beynəlxalq ekspertlər cəlb olunmaqla “Maliyyə institutlarının bazar davranışlarına dair Metodoloji Rəhbərlik” layihəsi hazırlanıb. Bu sənəd, maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarını təmin etməyə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir. Bununla yanaşı, nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazar davranışlarına risk əsaslı nəzarət modelinin tətbiqi planlaşdırılır ki, bu da istehlakçılar üçün daha yüksək risk yaradan məhsul, xidmət və institutlara daha intensiv nəzarətin həyata keçirilməsinə imkan verəcəkdir.Bütün bunlar, maliyyə istehlakçılarının hüquqlarının daha etibarlı şəkildə qorunması üçün şərait yaradacaq”, - deyə Toğrul Əliyev vurğulayıb.
T.Əliyev qeyd edib ki, Mərkəzi Bank maliyyə istehlakçılarının hüquqlarının qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir: “Bu çərçivədə Mərkəzi Bank ötən ilin oktyabr ayında Maliyyə İstehlakçılarının Müdafiəsi üzrə Beynəlxalq təşkilat olan “FinCoNet” təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir. Bu üzvlük rəqəmsal maliyyə xidmətləri sahəsində istehlakçı hüquqlarının qorunması üzrə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə imkan yaradır. Eyni zamanda, Mərkəzi Bank İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Təhsili üzrə Beynəlxalq Şəbəkəsinə – OECD-INFE platformasına üzv olub. Bu əməkdaşlıq maliyyə savadlılığının artırılması və istehlakçıların məlumatlılığının yüksəldilməsi istiqamətində yeni imkanlar yaradır”.(Azərtac)
Azərbaycanda könüllü kredit qadağası olacaq
Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaq, bu isə öz növbəsində fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcəkdir.Duzxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.
O bildirib ki, rəqəmsal fırıldaqçılıq risklərinin azaldılması məqsədilə Mərkəzi Bank tərəfindən Mərkəzləşdirilmiş məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində də işlər aparılır.
“Bu sistem, banklar, ödəniş təşkilatları və digər səlahiyyətli qurumlar arasında operativ məlumat mübadiləsini təmin edəcək və fırıldaqçılıq hallarına daha sürətli reaksiya verilməsinə imkan yaradacaq. Mərkəzi Bank maliyyə institutlarının bazar davranışlarının hüquqi tənzimlənməsinin inkişaf etdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə, qabaqcıl təcrübəyə uyğun olaraq, beynəlxalq ekspertlər cəlb olunmaqla “Maliyyə institutlarının bazar davranışlarına dair Metodoloji Rəhbərlik” layihəsi hazırlanıb. Bu sənəd, maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarını təmin etməyə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir. Bununla yanaşı, nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazar davranışlarına risk əsaslı nəzarət modelinin tətbiqi planlaşdırılır ki, bu da istehlakçılar üçün daha yüksək risk yaradan məhsul, xidmət və institutlara daha intensiv nəzarətin həyata keçirilməsinə imkan verəcəkdir.Bütün bunlar, maliyyə istehlakçılarının hüquqlarının daha etibarlı şəkildə qorunması üçün şərait yaradacaq”, - deyə Toğrul Əliyev vurğulayıb.
T.Əliyev qeyd edib ki, Mərkəzi Bank maliyyə istehlakçılarının hüquqlarının qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir: “Bu çərçivədə Mərkəzi Bank ötən ilin oktyabr ayında Maliyyə İstehlakçılarının Müdafiəsi üzrə Beynəlxalq təşkilat olan “FinCoNet” təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir. Bu üzvlük rəqəmsal maliyyə xidmətləri sahəsində istehlakçı hüquqlarının qorunması üzrə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə imkan yaradır. Eyni zamanda, Mərkəzi Bank İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Təhsili üzrə Beynəlxalq Şəbəkəsinə – OECD-INFE platformasına üzv olub. Bu əməkdaşlıq maliyyə savadlılığının artırılması və istehlakçıların məlumatlılığının yüksəldilməsi istiqamətində yeni imkanlar yaradır”.(Azərtac)
Oxşar xəbərlər
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



