Azərbaycanda yeni cərimələr tətbiq olunacaq.

DuzXeber.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində əksini tapıb.

Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsdən qisas almaq məqsədilə əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə görə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik təklifinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsdən qisas almaq məqsədilə ona tənbeh tətbiq edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə, başqa işə keçirilməsinə, əməkhaqqından qanunsuz tutulmalar aparılmasına, vəzifədə irəli çəkilməsinə və ya həvəsləndirilməsinə maneçilik törədilməsinə, mənfi xarakterizə edilməsinə və digər bu cür tədbirlərin tətbiqinə görə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Paylaş