Azərbaycanda dövlət satınalmalarının şəffaflığı məsələsi yenidən gündəmə gəlib.
"DogruXeber.tv" bildirir ki, bu dəfə diqqət Gəncə şəhərində həyata keçirilmiş və “bir mənbə” üsulu ilə baş tutmuş yanacaq satınalmasına yönəlib. Söhbət Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinin 36 min manatlıq müqaviləsindən gedir.
Rəsmi məlumatlara görə, sözügedən qurum A-92 markalı benzin alınması üçün “QAYA 2705” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Satınalmanın ümumi məbləği 36.000 manat təşkil edir. Müqavilə 10 yanvar 2026-cı il tarixindən qüvvəyə minib və 10 yanvar 2027-ci ilə qədər nəzərdə tutulub. Maraqlı məqam isə odur ki, bu satınalma açıq tender yolu ilə deyil, “bir mənbə” üsulu ilə həyata keçirilib.
Qanunvericiliyə əsasən, “bir mənbə” üsulu yalnız xüsusi hallarda – alternativ təchizatçının olmadığı və ya fövqəladə zərurət yarandığı zaman tətbiq edilməlidir. Lakin bu konkret halda belə bir zərurətin olub-olmadığı barədə ictimaiyyətə hər hansı əsaslandırma təqdim olunmayıb.
Araşdırma zamanı məlum olub ki, dövlət sifarişini qazanan “QAYA 2705” MMC geniş ictimaiyyət üçün tanınan şirkətlər sırasında deyil. Şirkət 2023-cü ildə qeydiyyatdan keçib və hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən yaşayış mənzilinə qeyd olunub. Bu isə onun real fəaliyyət məkanı ilə bağlı suallar yaradır.
Bundan əlavə, şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır. Bu məbləğ qanunvericilik baxımından kifayət etsə də, yanacaq kimi strateji və geniş dövriyyə tələb edən sahədə fəaliyyət göstərmək üçün yetərli iqtisadi baza kimi qiymətləndirilmir.
Şirkətin qanuni təmsilçisi kimi Ağaxanov Anar Suliddin oğlunun adı göstərilir. Lakin açıq mənbələrdə bu şəxs və ya şirkətin fəaliyyəti ilə bağlı əlavə məlumatlara rast gəlinmir. Nə rəsmi internet səhifəsi, nə sosial media aktivliyi, nə də əvvəlki iri müqavilələr barədə məlumat mövcuddur.
Bu faktlar fonunda əsas suallardan biri belədir: kiçik kapitala və qeyri-şəffaf fəaliyyət profilinə malik bir şirkət necə olur ki, dövlət qurumunun yanacaq kimi mühüm ehtiyacını təmin edən tərəfdaşa çevrilir?
"DogruXeber.tv" qeyd edir ki, Azərbaycanda yanacaq bazarı əsasən iri şirkətlərin nəzarətindədir və bu sahədə fəaliyyət göstərmək üçün ciddi logistika, təchizat zənciri və infrastruktur tələb olunur. Bu baxımdan, yeni və kiçik şirkətlərin bu bazarda birbaşa təchizatçı kimi çıxış etməsi nadir hallarda baş verir. Belə hallarda həmin şirkətlərin vasitəçi kimi çıxış etməsi ehtimalı daha yüksək qiymətləndirilir.
36 min manatlıq müqavilə böyük dövlət layihələri ilə müqayisədə kiçik görünə bilər. Lakin minimal kapitala malik bir şirkət üçün bu məbləğ kifayət qədər ciddi maliyyə dövriyyəsi deməkdir və onun iqtisadi imkanları ilə müqayisədə diqqət çəkir.
Mövcud vəziyyət göstərir ki, “QAYA 2705” MMC rəsmi olaraq aktiv olsa da, onun fəaliyyətinin şəffaflığı və real biznes imkanları ilə bağlı suallar açıq qalır. Xüsusilə satınalmanın rəqabətsiz üsulla həyata keçirilməsi bu sualları daha da gücləndirir.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi hələlik məlum deyil. Lakin ictimai maraq doğuran bu kimi hallarda şəffaflığın təmin edilməsi və qərarların əsaslandırılması vacib hesab olunur.
Araşdırmalar davam edir.
Qeyd edək ki, məsələ ilə bağlı tərəflərin dı mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
DogruXeber.tv
Gəncə İcra Hakimiyyətinə ciddi suallar: 36 min manatlıq “bir mənbə” müqaviləsinin arxasında nə dayanır?
Gündəm / Manşet / Üst xəbər
98 nömrəli uşaq bağçasında uşağın döyüldüyü iddia olunur – Təhsil İdarəsi araşdırma aparacaq
Gündəm / Təhsil / Üst xəbər
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
Gündəm / Hadisə
Mopedlə motosiklet toqquşdu - 2 nəfər xəsarət aldı
Gündəm / Cəmiyyət
Səhv etmək insana xasdır: Uşaqlara sosial məsuliyyəti öyrətməyin 10 yolu
Gündəm / Cəmiyyət
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Gündəm / Səhiyyə / Üst xəbər
“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMA
Gündəm / Bölgə / Cəmiyyət
Ağdamdan Xankəndiyə dəmir yolu ilə bağlı SON MƏLUMAT
Gündəm / Cəmiyyət
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Gündəm / Dünya
“Naftoqaz” şirkətinin müəssisəsi məhv edildi
Gündəm / Cəmiyyət
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Gündəm / Cəmiyyət
Azərbaycanda mal əti bahalaşdı
Gündəm / Bölgə
Prezident: Kəlbəcər, Ağdərə və Zəngilanda yataqlar işə salınacaq
Gündəm / Siyasət
İsraildən Ərdoğana “xəbərdarlıq”: Bir israilli əsgər...
Gündəm / Üst xəbər
Diplomsuz kosmetoloq pasiyentə zərər yetirdi - Estetik klinika CƏRİMƏLƏNDİ
Gündəm / Cəmiyyət
Azərbaycan Mərkəzi Bankından "Rabitəbank"la bağlı ŞOK QƏRAR
Gündəm / Cəmiyyət
Niyə uşaqlara qışqırmamalısınız? - Ani nəticələr baha başa gəlir
Gündəm / Sosial
Kamran Abdullayev SOCAR-da yüksək vəzifəyə təyin olundu - FOTO
Gündəm / Üst xəbər
"Araz Supermarket" barədə protokol tərtib olunub
Gündəm / Cəmiyyət / Manşet
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Gündəm / Səhiyyə
Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
Gündəm / Cəmiyyət
Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Gündəm / Manşet
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
Gündəm / Cəmiyyət
Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
Gündəm / İdman
Dünya bu qoldan danışır - VİDEO
Gündəm / Kriminal
11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir
Gündəm / Hadisə
Bakı Konqres Mərkəzindəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Hadisə
Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü
Gündəm / Cəmiyyət
Havada tozun miqdarı normadan artıqdır
Gündəm / Cəmiyyət
Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
Gündəm / Manşet