1.04.2026

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Respublikasının müasir hərbi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu hadisə yalnız lokal hərbi toqquşma deyil, eyni zamanda, uzun illər davam edən status-kvonun dəyişdirilməsi istiqamətində Azərbaycanın prinsipial mövqeyinin praktik müstəvidə nümayişi idi.
Duzxeber.az xəbər verir ki, Aprel hadisləri bir daha göstərdi ki, Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün həm siyasi, həm də hərbi baxımdan tam hazırdır. Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti, müasir texnologiyalara əsaslanan silahlanma və yüksək peşəkarlığa malik şəxsi heyət bu döyüşlərdə real nəticələrini verdi.
Qısa müddət ərzində əldə olunan hərbi uğurlar, o cümlədən Lələtəpə yüksəkliyinin azad edilməsi, əməliyyat-taktiki baxımdan ciddi üstünlük yaratdı və düşmənin uzun illər formalaşdırdığı müdafiə xəttinin sarsıdılmasının mümkünlüyünü sübut etdi. Bu, eyni zamanda, gələcək genişmiqyaslı əməliyyatların planlaşdırılması üçün mühüm hərbi-strateji baza rolunu oynadı.
Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri isə psixoloji və ideoloji müstəvidə özünü göstərdi. Azərbaycan cəmiyyəti və ordusu bu qələbə ilə öz gücünə inamını daha da möhkəmləndirdi. Uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması fonunda bu uğur xalqın ədalətli mövqeyinin yalnız siyasi deyil, həm də hərbi yollarla təmin oluna biləcəyini göstərdi.
Bu döyüşlər, eyni zamanda, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı qazanılmış möhtəşəm Zəfərin ideoloji və hərbi hazırlıq mərhələsi kimi çıxış etdi. 44 günlük Vətən müharibəsində əldə edilən nəticələr təsdiqlədi ki, Aprel döyüşlərində sınaqdan çıxarılan taktiki yanaşmalar, operativ idarəetmə modeli və döyüş ruhu sonrakı qələbənin əsas komponentlərindən biri olmuşdur.
Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cocuq Mərcanlı qəsəbəsinin bərpası və həyatın yenidən canlandırılması isə xüsusi rəmzi məna daşıyırdı. Bu hadisə sonradan dövlət səviyyəsində həyata keçirilən Böyük Qayıdış strategiyasının ilk praktik nümunəsi kimi tarixə düşdü.
Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan yalnız hərbi gücünü deyil, eyni zamanda, siyasi iradəsini və milli birliyini də səfərbər etməyi bacaran dövlətdir. Bu birlik və qətiyyət nəticə etibarilə ölkəmizi tarixi Zəfərə apardı.
Bu əlamətdar günün ildönümündə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Onların qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrində əbədi yaşayacaqdır.
Anar Eminov,
Mingəçevir Dövlət Universitetinin rektoru
Anar Eminov: Aprel döyüşləri böyük Zəfərimizə gedən yolun təməlini qoydu

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
27.01.2026Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
16.06.2026İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma
-
16.06.2026İlham Əliyev fərman imzaladı
-
16.06.2026Baş nazirdən aqrar sektorla bağlı qərar
-
16.06.20261 yaşlı uşaq qızdırmadan öldü
-
16.06.2026Sabahın havası necə olacaq?
-
16.06.2026“Qarabağ”ın rəqibi müəyyənləşir
-
16.06.2026Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək
-
16.06.2026Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib
-
16.06.2026Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI
-
16.06.2026Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
-
16.06.2026“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir
-
16.06.2026Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu
-
16.06.2026"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI
-
16.06.2026Rusiyanın itkiləri ARTIR
-
16.06.2026Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə
-
16.06.2026Əli Kərimli ilə bağlı qərar verildi
-
16.06.2026İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı
-
16.06.2026Azərbaycan bölgədə sülhün memarıdır
-
16.06.2026Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb
-
16.06.2026Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?
-
16.06.2026Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək
-
16.06.2026ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
16.06.2026Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür
-
16.06.2026Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib
-
15.06.2026Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
-
15.06.2026Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
-
15.06.2026Putinə görüş təklif edib
-
15.06.2026Bu maşınlara alıcı tapılmır
-
15.06.2026Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb
-
15.06.2026Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?