Canlı yayım
16.06.2026

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

Prezident Vladimir Putin Rusiya Dövlət Dumasına deputat seçkilərinin 20 sentyabr tarixinə təyin edilməsi barədə fərman imzalayıb.

DuzXeber.az xəbər verir ki, müvafiq sənəd hüquqi aktların rəsmi portalında yerləşdirilib.
Sənəddə deyilir: “Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeni çağırış deputatlarının seçkiləri 20 sentyabr 2026-cı il tarixinə təyin edilsin”.
Fərman rəsmi dərc olunduğu gündən qüvvəyə minib.

Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, 16 iyundan etibarən Dövlət Dumasına seçkilərin keçirilməsinə hazırlıq başlayır.
Seçkilər 20 sentyabrda keçiriləcək və ümumilikdə 450 deputat seçiləcək: 225 nəfər birmandatlı seçki dairələrindən, 225 nəfər isə federal seçki dairəsi üzrə seçiləcək.
Dövlət Duması  Rusiya Federal Məclisinin aşağı palatasıdır.

Xəbər lenti