Canlı yayım
16.06.2026

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum almayacağına zəmanət verib.
DuzXeber.az verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Bu, ödənişsiz bir tənzimləmədir. Bu barədə kiçik bir mübahisəmiz oldu. Düşünürəm ki, bu, açıq və pulsuz naviqasiya olacaq”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
O, ABŞ-nin Avropa müttəfiqlərindən Hörmüz boğazına gəmilər göndərmək təklifini məmnuniyyətlə qarşılayacağını etiraf edib: "Düşünmürəm ki, bizə çox kömək lazımdır. Amma orada bir neçə ölkədən bir və ya iki gəminin olmasının pis fikir deyil".

Xəbər lenti