Canlı yayım
3.04.2026

Pezeşkian Trampın İranı "daş dövrü"nə qaytarmaqla bağlı hədələrinə cavab verib


İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın İranı "daş dövrü"nə" qaytarmaqla bağlı hədələrinin genişmiqyaslı hərbi cinayət hesab edilib-edilməyəcəyi ilə maraqlanıb.

"Duzxeber.az"in verdiyi məlumata görə, Pezeşkian bunu "X" sosial şəbəkəsində yazıb.

"Mən bu sualı ixtisasca hüquqşünas olan finlandiyalı həmkarıma (Aleksandr Stubb - red.) verdim", - İran Prezidenti qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Tramp ABŞ-nin yaxın 2-3 həftə ərzində İrana zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığını bəyan edərək, İranı "daş dövrü"nə qaytarmaqla hədələyib.

Xəbər lenti