Füzuli Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Dirilən adam" serialında tamaşaçılar onu fərqli obrazda görəcək:
"Tamaşaçılar məni bu serialda əclaf bir adam obrazında görəcək. Əclafın biri olacağam. İnanıram ki, obrazı tamaşaçılara sevdirə biləcəyəm".
Əməkdar artist Sənubər İsgəndərliyə gəlincə, Füzuli Hüseynov bu serialda aktrisanın onun həyat yoldaşı rolunu oynayacağını bildirib.
Qeyd edək ki, serialın əsas qəhrəmanları Qədir və Qumru xoşbəxt bir ailədir. Yaşadıqları bölgənin nüfuzlu şəxslərindən olan Bəbir Qumruya vurulur və onu Qədirin əlindən almaq üçün müxtəlif yollar axtarır. Bəbir Qədiri uzaq bir yerə işləməyə göndərərək onu aradan götürməyə çalışır. Lakin sui-qəsddən sağ çıxan Qədir qisas almaq üçün yenidən şəhərə qayıdır.


