Tarixi mənbələrdə adı orta əsrlərdən etibarən çəkilən Tuğ kəndi, təbii gözəlliyi ilə yanaşı, həm də memarlıq abidələri ilə seçilir. Kənd Qafqaz Albaniyasının qədim dini irsinin toplandığı nadir məkanlardan biri hesab olunur.
Tuğ kəndindəki qədim Alban mədəni irsinin nümunələrindən biri olan Stefan kilsəsi düzbucaqlı formadadır. Kilsənin uzunluğu on iki, eni isə yeddi metrdir.
Kilsənin ətrafında qədim qəbiristanlıq yerləşir. Təəssüflə qeyd olunur ki, hazırda kilsə dağılmaq üzrədir və artıq yarıya qədər torpaq qatı ilə örtülmüş vəziyyətdədir.
Daha ərtaflı süjetdə:


