22-04-2026, 14:45
Dövlət İmtahan Mərkəzi aprelin 26-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
Duzxeber.az bu barədə Tribuna.az-a DİM-dən bildirilib.
Verilən məlumata görə, imtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahan binasına, zalına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 1-dən etibarən çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.
İmtahanda 55282 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
55 mindən çox şagird imtahan verəcək
Dövlət İmtahan Mərkəzi aprelin 26-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.Duzxeber.az bu barədə Tribuna.az-a DİM-dən bildirilib.

Oxşar xəbərlər
-
9-04-2026, 10:15Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA -
1-04-2026, 10:15Buraxılış imtahanında iştirak edəcək doqquzuncuların nəzərinə! -
27-03-2026, 18:00Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA-YENİLƏNİB-2 -
21-03-2026, 13:00Şahdağa qar yağıb - FAKTİKİ HAVA -
10-03-2026, 15:23Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir
Xəbər lenti
-
Bugün, 13:15İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi
-
Bugün, 13:00Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat
-
Bugün, 12:45İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib
-
Bugün, 12:30İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ
-
Bugün, 12:15Amnistiya aktının icrası başa çatıb
-
Bugün, 12:00Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı
-
Bugün, 11:45Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar
-
Bugün, 11:30Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR
-
Bugün, 11:152025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib
-
Bugün, 11:00Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib
-
Bugün, 10:45Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub
-
Bugün, 10:30Bu günə olan valyuta məzənnələri
-
Bugün, 10:15Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
-
Bugün, 10:00Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10
-
Bugün, 09:45Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb
-
Bugün, 09:30Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub
-
Bugün, 09:156 bal gücündə zəlzələ baş verib - Yaponiyada
-
Bugün, 09:00Sabiq icra başçısı vəfat etdi
-
25-04-2026, 18:00İtkin düşən 13 nəfər ötən gün tapılıb
-
25-04-2026, 17:45İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır
-
25-04-2026, 17:30"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb
-
25-04-2026, 17:15Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb
-
25-04-2026, 17:00Tehran aeroportu fəaliyyətini bərpa etdi
-
25-04-2026, 16:45Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
-
25-04-2026, 16:30Pulunu dollarlarla saxlayanlara şad xəbər
-
25-04-2026, 16:15"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası
-
25-04-2026, 16:00İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı
-
25-04-2026, 15:45Azərbaycan XİN-dən Nyu York merinə CAVAB
-
25-04-2026, 15:30Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"
-
25-04-2026, 15:15Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi