Misli Premyer Liqasında 4 gün ərzində iki dəfə Azərbaycan derbisi baş tutacaq.
Duzxeber.az xəbər verir ki, hər iki matç "Palms Sports Arena"da keçiriləcək.
Oyunlardan öncə "Neftçi" və "Qarabağ" klubları birgə bəyanat yayıblar.
Bəyanatda deyilir:
"26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti “Palms Sports Arena”ya yönələcək. 4 gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları iki dəfə üz-üzə gələcəklər.
Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.
Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.
Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.
Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Neftçi” və “Qarabağ” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.
Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.
Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.
Azərbaycan futbolu qələbə qazansın!"//Apasport.az
"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb
Gündəm / Manşet
Məşhur aparıcını ŞOK görüntülər yaydı - Görün nə ediblər
Gündəm / Dünya
Fırıldaqçılar uşaqları hədəfə aldı: Özlərini məşhur bloger kimi təqdim edirlər
Gündəm / Sosial
Musiqi psixologiyamıza necə təsir edir?
Gündəm / Cəmiyyət
Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI
Gündəm / Cəmiyyət
Güclü hücum edildi - Bu saytlar çökdü
Gündəm / Sosial
Prezidentdən "AzerGold"la bağlı sərəncam
Gündəm / Hadisə
Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Gündəm / Cəmiyyət
Qadını güllələyən iş adamının nəvəsi sərbəst buraxıldı
Gündəm / Cəmiyyət
Güclü daşqınlar olacaq - ŞOK xəbərdarlıq
Gündəm / Üst xəbər
10 yaşlı uşağın boğazından canlı zəli çıxarıldı – Foto
Gündəm
"Bu məktəb direktorları həbs edilməlidir"
Gündəm / Cəmiyyət
“Ştrix-kod” necə ixtira edildi?
Gündəm / Hadisə
60 qəpikdən domino oynayan şəxslər 3 min manat cərimləndilər
Gündəm / Üst xəbər
İnarə İsmayılovanın plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu
Gündəm / Cəmiyyət
Əfv Sərəncamının icrasına başlanılır
Gündəm / Hadisə
“28 Mall”un qarşısında skuterdən yıxılmışdı, öldü
Gündəm / Cəmiyyət
İş saatları ilə bağlı SON DƏQİQƏ - 8 saat əvəzinə...
Gündəm / Üst xəbər
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən "Azəri Med"lə bağlı sərt qərar
Gündəm / Dünya
Rusiya və Ukrayna arasında sülh üçün gözlənilməz çağırış: NATO 1990-cı illərə qayıtsın
Gündəm / Cəmiyyət
Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir
Gündəm / Hadisə
Masazırda yük və minik maşınları toqquşdu: ölən var
Gündəm / Üst xəbər
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
Gündəm / Sosial
Süni intellektdən tibbi məsləhət almaq nə dərəcədə təhlükəsizdir?
Gündəm / Cəmiyyət
DYP "Formula 1"lə əlaqədar sürücülərə müraciət etdi
Gündəm / Cəmiyyət
İki stansiya buna görə pulsuz olubmuş - Rəsmi
Gündəm / Manşet
“Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
Gündəm / Sosial
Dövlət Xidməti Bərdədə gənclər üçün tədbir keçirdi
Gündəm / Cəmiyyət
Artıq duz istifadəsi hansı riskləri artırır?
Gündəm / Hadisə
Azərbaycanlı sahibkar Gürcüstanda öldü
Gündəm / Manşet