Prezidentin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib.
Duzxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22 935 şəxsə şamil edilib.
Amnistiya tətbiq olunan şəxslərin 5 348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.
Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9 714 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum edilmiş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1059 məhkum barəsində də amnistiya tətbiq olunub.
Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1 676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1 583 olmaqla, ümumilikdə 3 259 şəxs cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, 1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.
Amnistiya aktının icrası başa çatıb
Gündəm / Üst xəbər / Manşet
Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib
Gündəm / Cəmiyyət
Adil Qeybulla: “Müayinələr və müalicələr xəstənin rəyi ilə icra edilmir”
Gündəm / İdman / Hadisə
Ukrayna-Macarıstan oyununda əlbəyaxa dava - Video
Gündəm / Hadisə
Bakıda ŞOK hadisə - Valideynlərinin davasını görən yeniyetmə qız “Domestos” içdi
Gündəm / İdman
"Qarabağ" FK-nın akademiyası ilə bağlı ŞAD XƏBƏR - Tahir Gözəldən AÇIQLAMA
Gündəm / Cəmiyyət / Üst xəbər
Hafiz Hacıyev: “AYNA insanların evində ayaqyoluna da xətt çəksin ki, “bu saatda gir, ya girmə”
Gündəm / Kriminal
İş və müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanıldı
Gündəm / Şou
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - Video
Gündəm / Hadisə
Qardaş ölkədə güclü partlayış: 11 ölü, 30 yaralı
Gündəm / Üst xəbər
Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
Gündəm / Dünya
Aİ ölkələrinə enerji qiymətləri böhranı ilə bağlı çağırış edildi
Gündəm / Siyasət
Forum başa çatdı: 10,8 mlrd. dollarlıq 23 sənəd imzalandı
Gündəm / Cəmiyyət
Erkən diaqnozun gücü: Yaşınıza görə hansı müayinələrdən keçməlisiniz?
Gündəm / Təhsil / Üst xəbər
Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi
Gündəm / Dünya
İsrailə dəhşətli xəbərdarlıq edildi: "7 oktyabr təkrarlana bilər"
Gündəm / Sosial
Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu
Gündəm / Cəmiyyət
Sabah hava necə olacaq? - PROQNOZ
Gündəm / Cəmiyyət / Üst xəbər
Bunu edənlər 50 manat cərimələnəcəklər
Gündəm / Dünya
Ər-Riyada PUA hücumu - Dronlar göydə vuruldu
Gündəm / Cəmiyyət
Hakimliyə namizədlərin seçim prosesi davam edir
Gündəm / Üst xəbər
Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM
Gündəm / Üst xəbər
Muzey direktoru xəstəxanada çayxana işlədir, 300 illik eksponat isə yoxa çıxıb – ŞOK İDDİALAR
Gündəm / Cəmiyyət
Heyvanlar kəsiləcəklərini hiss edirlərmi? - Elm qaçış videolarının sirrini açıqlayır
Gündəm / Sosial
“Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
Gündəm
Tramp Hörmüz boğazının adını “dəyişdi” – FOTO
Gündəm / Manşet
“Referans”ın həkimləri qızımı öldürdü – 19 yaşlı Fidanın atasından ağır ittihamlar
Gündəm / Bölgə / Cəmiyyət
“Azərişıq” ASC-nin nümayəndələri Culfada fermer və sahibkarlarla görüşdü - FOTOLAR
Gündəm / Sosial
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirildi (FOTO)
Gündəm / İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
Gündəm / Kriminal