Sürpriz bir yenilik var, gözəl bir yenilik. Qarabağla bağlıdır, çox yaxında hamıya elan edəcəyəm, amma hələ tam hazır deyilik. Hələ bəzi sənədlərə qol çəkilməyib. Ona görə də, indi bu şad xəbəri vermək məsləhət deyil".

DuzXeber.az xəbər verir ki, bunu Plat.az-a açıqlamasında "Qarabağ" Futbol Klubunun prezidenti və "Azərsun Holdinq" Şirkətlər Qrupunun rəhbəri Tahir Gözəl deyib.

T.Gözəl sözügedən xəbərin nə ilə bağlı olduğuna da aydınlıq gətirib:

"Bu şad xəbər akademiya ilə bağlıdır, inşallah ətraflı məlumat verəcəyik".

Paylaş