19.05.2026
Azərbaycan mürəkkəb hərbi münaqişəni həll edib və regionda yeni sülh arxitekturasının formalaşdırılmasında fəal iştirak edir.
DuzXeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, istənilən dövlət siyasətinin və şəhər inkişafının əsas göstəricisi insanların həyat keyfiyyətidir.
“Azərbaycanda Bakı və Sumqayıt inzibati baxımdan ayrı şəhərlər olsa da, iqtisadi və bağlantı baxımından vahid böyük iqtisadi zonanı təşkil edir. Bu ərazi ölkənin ÜDM, məşğulluq və investisiya baxımından əsas hissəsini formalaşdırır.
Bakıda həyata keçirilən layihələr – o cümlədən Ağ Şəhər konsepsiyası və digər yeni şəhərsalma təşəbbüsləri urbanistika və memarlıq baxımından yeni yanaşmanı nümayiş etdirir. Şəhərin inkişafında beynəlxalq investorların iştirakı da diqqət çəkir”.
Nazir həmçinin vurğulayıb ki, əhalisi 1 milyondan çox olan şəhərlərin iqtisadi rolu böyükdür və Bakı bu baxımdan regionun mühüm mərkəzlərindən biridir:
“Şəhərin inkişafı həyat keyfiyyəti, iş yerləri, nəqliyyat bağlantıları və dayanıqlı iqtisadi artım arasında balans yaratmağa yönəlib.
Qlobal iqtisadiyyatın rəqəmsal həllər, yüksək mobillik və yeni təhlükəsizlik yanaşmaları ilə dəyişdiyi bir dövrdə Bakı özünü regional iqtisadi və logistika mərkəzi kimi möhkəmləndirməyə çalışır”.
Onun sözlərinə görə, bu siyasətin əsas istiqamətlərindən biri yerli insan kapitalı ilə xarici investisiya və istedadların birləşdirilməsidir:
“Bunun üçün iqtisadi islahatlar, qanunvericilik dəyişiklikləri və beynəlxalq ticarətə uyğunlaşma tədbirləri həyata keçirilir.
Şəhər iqtisadiyyatında xidmət sektoru da mühüm rol oynayır. Beynəlxalq tədbirlər, sərgilər, forumlar, gündəlik şəhər həyatı və mədəni fəaliyyətlər Bakının iqtisadi mövqeyini gücləndirən amillərdir”.
M.Cabbarov onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında əsas prinsiplərdən biri dayanıqlı inkişafdır:
“Bu prosesdə əvvəlki səhvlərdən nəticə çıxarılıb və iqtisadi fəaliyyətin düzgün ardıcıllıqla qurulmasına xüsusi diqqət yetirilir.
Əsas məqsədlərdən biri uzun illər evlərindən uzaq düşmüş insanların geri dönüşünü sürətləndirmək və həmin ərazilərdə iqtisadi aktivliyi təmin etməkdir. Bu məqsədlə hər bir şəhər və yaşayış məntəqəsi üçün ayrıca iqtisadi inkişaf istiqamətləri müəyyənləşdirilib.
Bununla yanaşı, logistik imkanların genişləndirilməsi və iqtisadi fəaliyyətin təşviqi istiqamətində kompleks tədbirlər həyata keçirilir”, – deyə iqtisadiyyat naziri qeyd edib.
Mikayıl Cabbarov Bakının yeni inkişaf modelindən danışdı
Azərbaycan mürəkkəb hərbi münaqişəni həll edib və regionda yeni sülh arxitekturasının formalaşdırılmasında fəal iştirak edir.DuzXeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, istənilən dövlət siyasətinin və şəhər inkişafının əsas göstəricisi insanların həyat keyfiyyətidir.
“Azərbaycanda Bakı və Sumqayıt inzibati baxımdan ayrı şəhərlər olsa da, iqtisadi və bağlantı baxımından vahid böyük iqtisadi zonanı təşkil edir. Bu ərazi ölkənin ÜDM, məşğulluq və investisiya baxımından əsas hissəsini formalaşdırır.
Bakıda həyata keçirilən layihələr – o cümlədən Ağ Şəhər konsepsiyası və digər yeni şəhərsalma təşəbbüsləri urbanistika və memarlıq baxımından yeni yanaşmanı nümayiş etdirir. Şəhərin inkişafında beynəlxalq investorların iştirakı da diqqət çəkir”.
Nazir həmçinin vurğulayıb ki, əhalisi 1 milyondan çox olan şəhərlərin iqtisadi rolu böyükdür və Bakı bu baxımdan regionun mühüm mərkəzlərindən biridir:
“Şəhərin inkişafı həyat keyfiyyəti, iş yerləri, nəqliyyat bağlantıları və dayanıqlı iqtisadi artım arasında balans yaratmağa yönəlib.
Qlobal iqtisadiyyatın rəqəmsal həllər, yüksək mobillik və yeni təhlükəsizlik yanaşmaları ilə dəyişdiyi bir dövrdə Bakı özünü regional iqtisadi və logistika mərkəzi kimi möhkəmləndirməyə çalışır”.
Onun sözlərinə görə, bu siyasətin əsas istiqamətlərindən biri yerli insan kapitalı ilə xarici investisiya və istedadların birləşdirilməsidir:
“Bunun üçün iqtisadi islahatlar, qanunvericilik dəyişiklikləri və beynəlxalq ticarətə uyğunlaşma tədbirləri həyata keçirilir.
Şəhər iqtisadiyyatında xidmət sektoru da mühüm rol oynayır. Beynəlxalq tədbirlər, sərgilər, forumlar, gündəlik şəhər həyatı və mədəni fəaliyyətlər Bakının iqtisadi mövqeyini gücləndirən amillərdir”.
M.Cabbarov onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında əsas prinsiplərdən biri dayanıqlı inkişafdır:
“Bu prosesdə əvvəlki səhvlərdən nəticə çıxarılıb və iqtisadi fəaliyyətin düzgün ardıcıllıqla qurulmasına xüsusi diqqət yetirilir.
Əsas məqsədlərdən biri uzun illər evlərindən uzaq düşmüş insanların geri dönüşünü sürətləndirmək və həmin ərazilərdə iqtisadi aktivliyi təmin etməkdir. Bu məqsədlə hər bir şəhər və yaşayış məntəqəsi üçün ayrıca iqtisadi inkişaf istiqamətləri müəyyənləşdirilib.
Bununla yanaşı, logistik imkanların genişləndirilməsi və iqtisadi fəaliyyətin təşviqi istiqamətində kompleks tədbirlər həyata keçirilir”, – deyə iqtisadiyyat naziri qeyd edib.
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
22.12.20252026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
16.06.2026İlham Əliyev fərman imzaladı
-
16.06.2026Baş nazirdən aqrar sektorla bağlı qərar
-
16.06.20261 yaşlı uşaq qızdırmadan öldü
-
16.06.2026Sabahın havası necə olacaq?
-
16.06.2026“Qarabağ”ın rəqibi müəyyənləşir
-
16.06.2026Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək
-
16.06.2026Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib
-
16.06.2026Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI
-
16.06.2026Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
-
16.06.2026“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir
-
16.06.2026Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu
-
16.06.2026"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI
-
16.06.2026Rusiyanın itkiləri ARTIR
-
16.06.2026Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə
-
16.06.2026Əli Kərimli ilə bağlı qərar verildi
-
16.06.2026İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı
-
16.06.2026Azərbaycan bölgədə sülhün memarıdır
-
16.06.2026Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb
-
16.06.2026Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?
-
16.06.2026Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək
-
16.06.2026ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
16.06.2026Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür
-
16.06.2026Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib
-
15.06.2026Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
-
15.06.2026Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
-
15.06.2026Putinə görüş təklif edib
-
15.06.2026Bu maşınlara alıcı tapılmır
-
15.06.2026Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb
-
15.06.2026Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
-
15.06.2026Qarabağ yenidən həyata qovuşub


