25.05.2026

Bakıda ər-arvad qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib.
DuzXeber.az xəbər verir ki, hadisə mayın 25-i səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə, ər-arvad hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır./oxu.az

Xəbər lenti