Canlı yayım
29.05.2026

Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
DuzXeber.az xəbər verir ki, F qrupunda yer alan Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv İtaliya millisi ilə qarşılaşacaq.
“Tipos Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması ilk turda Avstriyanı 1:0 hesabı ilə məğlub edib. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib.

Xəbər lenti