29.05.2026
28 May - Müstəqillik Günü münasibətilə Çexiyanın paytaxtında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təntənəli qəbul təşkil olunub.
DuzXeber.az "teleqraf"a istinadla xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyevlə yanaşı, yüksəksəviyyəli qonaqlar - ölkənin Baş naziri Andrey Babiş və Çexiya parlamentinin aşağı palatasının spikeri Tomio Okamura da iştirak ediblər.
Çexiyanın Baş naziri Andrey Babiş çıxışında bildirib ki, bu gün Azərbaycan və Çexiya arasında münasibətlər əla və dinamik şəkildə inkişaf edir, iki ölkə arasında əməkdaşlıq isə bir çox sahələrdə möhkəmlənməkdə davam edir. O, iştirakçıların diqqətinə çatdırıb ki, iqtisadi əməkdaşlıq ikitərəfli tərəfdaşlığın əsas sütunlarından biridir və Çexiya şirkətləri azərbaycanlı tərəfdaşlarla əməkdaşlığı yüksək qiymətləndirirlər. Çexiya hökumətinin başçısı enerji əməkdaşlığına xüsusi önəm verərək bildirib ki, Azərbaycan Çexiyaya xam neftin ən böyük təchizatçısıdır. A.Babişin sözlərinə görə, enerji təhlükəsizliyinin xüsusi əhəmiyyət kəsb etdiyi indiki şəraitdə Azərbaycan kimi etibarlı tərəfdaşa malik olmaq Çexiya üçün strateji əhəmiyyət daşıyır.
Baş nazir, həmçinin Azərbaycana son səfərini xatırladaraq qeyd edib ki, səfər çərçivəsində Qəbələdə Prezident İlham Əliyevlə görüş keçirilib. O bildirib ki, Çexiya nümayəndə heyətini 40-dan çox şirkətin təmsilçiləri müşayiət ediblər ki, bu da Çexiyanın iqtisadi əlaqələrin daha da genişləndirilməsində və biznes üçün yeni imkanların yaradılmasında maraqlı olduğunu göstərir.
A.Babiş əlavə edib ki, Azərbaycanın inkişaf tempi, ölkənin məqsədləri və gələcəyə inamı onu heyran edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qonaqpərvərliyini və açıqlığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Çexiya Azərbaycanla münasibətləri etimad, praktiki əməkdaşlıq və qarşılıqlı fayda əsasında bundan sonra da möhkəmləndirmək niyyətindədir.
Çıxışlardan sonra hər iki ölkənin incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.


Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
28 May - Müstəqillik Günü münasibətilə Çexiyanın paytaxtında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təntənəli qəbul təşkil olunub.DuzXeber.az "teleqraf"a istinadla xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyevlə yanaşı, yüksəksəviyyəli qonaqlar - ölkənin Baş naziri Andrey Babiş və Çexiya parlamentinin aşağı palatasının spikeri Tomio Okamura da iştirak ediblər.
Çexiyanın Baş naziri Andrey Babiş çıxışında bildirib ki, bu gün Azərbaycan və Çexiya arasında münasibətlər əla və dinamik şəkildə inkişaf edir, iki ölkə arasında əməkdaşlıq isə bir çox sahələrdə möhkəmlənməkdə davam edir. O, iştirakçıların diqqətinə çatdırıb ki, iqtisadi əməkdaşlıq ikitərəfli tərəfdaşlığın əsas sütunlarından biridir və Çexiya şirkətləri azərbaycanlı tərəfdaşlarla əməkdaşlığı yüksək qiymətləndirirlər. Çexiya hökumətinin başçısı enerji əməkdaşlığına xüsusi önəm verərək bildirib ki, Azərbaycan Çexiyaya xam neftin ən böyük təchizatçısıdır. A.Babişin sözlərinə görə, enerji təhlükəsizliyinin xüsusi əhəmiyyət kəsb etdiyi indiki şəraitdə Azərbaycan kimi etibarlı tərəfdaşa malik olmaq Çexiya üçün strateji əhəmiyyət daşıyır.
Baş nazir, həmçinin Azərbaycana son səfərini xatırladaraq qeyd edib ki, səfər çərçivəsində Qəbələdə Prezident İlham Əliyevlə görüş keçirilib. O bildirib ki, Çexiya nümayəndə heyətini 40-dan çox şirkətin təmsilçiləri müşayiət ediblər ki, bu da Çexiyanın iqtisadi əlaqələrin daha da genişləndirilməsində və biznes üçün yeni imkanların yaradılmasında maraqlı olduğunu göstərir.
A.Babiş əlavə edib ki, Azərbaycanın inkişaf tempi, ölkənin məqsədləri və gələcəyə inamı onu heyran edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qonaqpərvərliyini və açıqlığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Çexiya Azərbaycanla münasibətləri etimad, praktiki əməkdaşlıq və qarşılıqlı fayda əsasında bundan sonra da möhkəmləndirmək niyyətindədir.
Çıxışlardan sonra hər iki ölkənin incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.



Oxşar xəbərlər
-
27.05.2026Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026Texnologiya Universitetinin rektoru Yaşar Ömərov əməkdaşlara belə davaranır: Hamınızı pis günə qoyacam-Video -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib



