6.06.2026
DuzXeber.az bildirir ki,Abşeron Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə RİH başçısı Abdin Fərzəliyev bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 may 2026-cı il tarixli Sərəncam imzalanıb.
Sərəncamın məqsədinin Respublikanın ərzaq təhlükəsizliyinin qarantı sayılan kənd təsərrüfatı sektorunun, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin davamlı inkişafına nail olmaq olduğunu vurğulayan Abdin Fərzəliyev qeyd edib ki, bu proqramının icrası çərçivəsində dövlət strukturlarının vəzifələri məyyənləşdirilmişdir. Vurğulanıb ki, 01.01.2026-cı il vəziyyətinə rayonun istifadəçiliyində olan ümumi ərazi 216517 ha olmaqla inzibati ərazi hüdudları daxilində təhkim olunmuş torpaq sahəsi 194007 ha təşkil edir. Rayonda kənd təsərrüfatının əsas istiqaməti qoyunçuluq və maldarlıqdır. Belə ki, rayon üzrə istifadə olunan torpaqların 42.5 %-i, başqa sözlə 92027.0 ha yararlı örüş-otlaq sahələrinin payına düşür. Rayon üzrə 3958 ha sahə çoxillik əkmələr (zeytun bağları 3251 ha, badam bağları 707 hektar) altında istifadə olunur. Cari il ərzində həmin bağlardan 72835 sentner zeytun və 41850 sentner badam məhsulu toplanmışdır. Rayon üzrə kənd təsərrüfatına yararlı torpaq sahələri 110551.0 hek olmaqla istifadə olunan torpaqların 51.1 %-ni təşkil edir. Rayonda iri aqrar səneye kompleksləri fəaliyyət göstərir. Bunlardan Azərsun Holding, “Grand Agro” MMC, Azbadam MMC, Binə Agro MMC, “Xəmsə M” MMC, Səhliyalı MMC, Olive Garden MMC, Azərquşçuluq MMC, Səba ASC, “Astel LTD” MMC və s. qeyd etmək olar.
Rayonda fəaliyyət göstərən istixanaların sahəsi 700 hektara yaxındır. istixana təsərrüfatlarında müasir aqretexniki üsullarla yetişdirilən tərəvəz bitkilərinin məhsuldarlığının açıq əkin sahələri ilə müqayisədə 20 dəfəyə qədər çox olduğunu nəzərə alsaq bu göstərici 14000 ha açıq tərəvəz əkini sahəsi ilə ekvivalentdir.
Rayonda fəaliyyət göstərən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş quşçuluq müəssisələrində il ərzində 13728 sentner quş əti və 10 444000 ədəd yumurta istehsal olunmuşdur.
Akvakultura sahəsində rayonda mövcud iki müəssisəni qeyd etmək olar. Bunlardan “Zirvə-A” MMC 67.0 ha sahədə (45 ha təbii sututar-göl altında, 22 ha quru sahə), “Abşeron-Ulduz” kəndli fermer təsərrüfatı isə 90 hektar sahədə (53 ha balıq vətəgələri altında, 37 ha quru sahə) fəaliyyət göstərir.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2024-cü il tarixli Fərmanı ilə ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılmaqla bu sahədə də ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addım atılmışdır.
Görüşdə kənd təsərrüfatı məhsullarını istehsal edən sahibkarlardan onları narahat edən məsələlərlə bağlı həm icra hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etmələri xahiş olunub.
“Xəmsə-M” MMC-nin təsisçisi və direktoru Mürvət Həsənli çıxış edərək ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən qanunvericilikdən və onların əhəmiyyətindən danışıb. Hazırda respublika ərazisində kənd təsərrüfatının şaxələndirilməsi və məhsuldarlığın daha da artırılması istiqamətində Azərbaycan dövləti tərəfindən bütün lazimi imkanların yaradıldığını və bu sahədə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərildiyini qeyd edib.
Görüşdə sahibkarlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı müsbət fikirlərini bildirib, razılıqlarını ifadə edib və bu proqramdan irəli gələn məsələlərin icrası ilə əlaqədar icra hakimiyyəti və 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzi ilə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.






Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
DuzXeber.az bildirir ki,Abşeron Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə RİH başçısı Abdin Fərzəliyev bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 may 2026-cı il tarixli Sərəncam imzalanıb.Sərəncamın məqsədinin Respublikanın ərzaq təhlükəsizliyinin qarantı sayılan kənd təsərrüfatı sektorunun, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin davamlı inkişafına nail olmaq olduğunu vurğulayan Abdin Fərzəliyev qeyd edib ki, bu proqramının icrası çərçivəsində dövlət strukturlarının vəzifələri məyyənləşdirilmişdir. Vurğulanıb ki, 01.01.2026-cı il vəziyyətinə rayonun istifadəçiliyində olan ümumi ərazi 216517 ha olmaqla inzibati ərazi hüdudları daxilində təhkim olunmuş torpaq sahəsi 194007 ha təşkil edir. Rayonda kənd təsərrüfatının əsas istiqaməti qoyunçuluq və maldarlıqdır. Belə ki, rayon üzrə istifadə olunan torpaqların 42.5 %-i, başqa sözlə 92027.0 ha yararlı örüş-otlaq sahələrinin payına düşür. Rayon üzrə 3958 ha sahə çoxillik əkmələr (zeytun bağları 3251 ha, badam bağları 707 hektar) altında istifadə olunur. Cari il ərzində həmin bağlardan 72835 sentner zeytun və 41850 sentner badam məhsulu toplanmışdır. Rayon üzrə kənd təsərrüfatına yararlı torpaq sahələri 110551.0 hek olmaqla istifadə olunan torpaqların 51.1 %-ni təşkil edir. Rayonda iri aqrar səneye kompleksləri fəaliyyət göstərir. Bunlardan Azərsun Holding, “Grand Agro” MMC, Azbadam MMC, Binə Agro MMC, “Xəmsə M” MMC, Səhliyalı MMC, Olive Garden MMC, Azərquşçuluq MMC, Səba ASC, “Astel LTD” MMC və s. qeyd etmək olar.
Rayonda fəaliyyət göstərən istixanaların sahəsi 700 hektara yaxındır. istixana təsərrüfatlarında müasir aqretexniki üsullarla yetişdirilən tərəvəz bitkilərinin məhsuldarlığının açıq əkin sahələri ilə müqayisədə 20 dəfəyə qədər çox olduğunu nəzərə alsaq bu göstərici 14000 ha açıq tərəvəz əkini sahəsi ilə ekvivalentdir.
Rayonda fəaliyyət göstərən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş quşçuluq müəssisələrində il ərzində 13728 sentner quş əti və 10 444000 ədəd yumurta istehsal olunmuşdur.
Akvakultura sahəsində rayonda mövcud iki müəssisəni qeyd etmək olar. Bunlardan “Zirvə-A” MMC 67.0 ha sahədə (45 ha təbii sututar-göl altında, 22 ha quru sahə), “Abşeron-Ulduz” kəndli fermer təsərrüfatı isə 90 hektar sahədə (53 ha balıq vətəgələri altında, 37 ha quru sahə) fəaliyyət göstərir.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2024-cü il tarixli Fərmanı ilə ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılmaqla bu sahədə də ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addım atılmışdır.
Görüşdə kənd təsərrüfatı məhsullarını istehsal edən sahibkarlardan onları narahat edən məsələlərlə bağlı həm icra hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etmələri xahiş olunub.
“Xəmsə-M” MMC-nin təsisçisi və direktoru Mürvət Həsənli çıxış edərək ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən qanunvericilikdən və onların əhəmiyyətindən danışıb. Hazırda respublika ərazisində kənd təsərrüfatının şaxələndirilməsi və məhsuldarlığın daha da artırılması istiqamətində Azərbaycan dövləti tərəfindən bütün lazimi imkanların yaradıldığını və bu sahədə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərildiyini qeyd edib.
Görüşdə sahibkarlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı müsbət fikirlərini bildirib, razılıqlarını ifadə edib və bu proqramdan irəli gələn məsələlərin icrası ilə əlaqədar icra hakimiyyəti və 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzi ilə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.






Oxşar xəbərlər
-
3.06.2026"Yeni universitet, ölkəmizin modern təhsil xəritəsində tamamilə yeni bir intibahın təməlini qoyur" - AÇIQLAMA -
2.06.2026Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
8.08.2026Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
-
8.08.2026“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi
-
8.08.2026Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
8.08.2026Ukrayna Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurdu
-
8.08.2026Gürcüstan gömrüyündə saxlanılan azərbaycanlı sürücülərin problemi həll edilir
-
8.08.2026Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi
-
8.08.2026Sürücülərin kabusu: Ödənişli yol qaranlığa qərq olub - Pullar haraya gedir?
-
8.08.2026NATO-dan SƏRT XƏBƏRDARLIQ: Rusiya bu ərazini işğal edəcək
-
8.08.2026Cəbrayıl, Zəngilan və Qubadlı rayonları...
-
8.08.2026Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı
-
8.08.2026"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
-
8.08.2026Bu ərazidə pensiyalar ödənildi
-
8.08.2026Xocavənddə traktor MİNAYA DÜŞDÜ
-
8.08.2026Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
-
8.08.2026Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
-
8.08.2026Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
8.08.2026Sumqayıtda sex və mağaza yandı - VİDEO
-
8.08.2026Rusiyada neft emalı zavodları yenə vuruldu
-
8.08.2026Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
-
8.08.2026Əkin sahəsindən qadın meyiti tapıldı
-
8.08.2026Təbii qazın qiyməti bahalaşdı
-
8.08.2026Üç ölkədən Gürcüstanla bağlı bəyanat: Cavabsız qalmayacaq!
-
8.08.2026Çinin yeni süni intellekt modeli nəzarətdən çıxdı
-
8.08.2026Tovuzda 2 maşın toqquşdu - Yaralı var
-
8.08.202615 yaşlı yeniyetmə kanalda boğulub öldü
-
8.08.2026Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix
-
7.08.2026Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb-FOTO
-
7.08.2026Özəl bağçalarla maliyyələşmə görüşü keçirildi
-
7.08.2026"Qarşılıqlı tədbirlər görəcəyik" - İspaniyadan İtaliyaya XƏBƏRDARLIQ



