6.06.2026
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 5-də bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlini qəbul edib. Sərdar Berdiməhəmmədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamalarını çatdırmağı xahiş edib.
DuzXeber.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayıb.
Səmimi qəbula və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir Adil Kərimli qeyd edib ki, Azərbaycan qardaş Türkmənistanla münasibətlərin inkişafına xüsusi önəm verir. O, fürsətdən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına, eləcə də türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova çatdırıb.
Adil Kərimli qarşılıqlı mədəniyyət günlərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq Türkmənistanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.
Görüş zamanı qeyd olunub ki, Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar istiqamətlərdə dinamik inkişaf edir. Son illərdə dövlət və hökumət səviyyəsində keçirilən müntəzəm görüşlər və qarşılıqlı səfərlər nəticəsində tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib.
İkitərəfli gündəlikdə mədəni-humanitar əməkdaşlığın xüsusi yer tutduğu vurğulanıb. Bu baxımdan mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə imkan yaradan birgə tədbirlərin əhəmiyyəti qeyd edilib.
Dövlət başçısı ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin uğurla keçirildiyini xatırladaraq bildirib ki, bu cür mədəni əlaqələr xalqlarımızın daha da yaxınlaşmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Prezident Sərdar Berdiməhəmmədov deyib: “Bu xoş ənənənin davamı olaraq cari ildə Azərbaycan Mədəniyyəti Günləri Türkmənistanda – Aşqabad və Arkadağ şəhərlərində keçirilir. Ölkəmiz Azərbaycanın mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş nümayəndə heyətini böyük məmnuniyyətlə qarşılayır”.
Dövlət başçısı qeyd edib ki, mədəniyyət günləri çərçivəsində konsertlər və digər tədbirlərlə yanaşı, Dövlətməmmət Azadi, Seyid Əzim Şirvani, Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif kimi böyük şair və mütəfəkkirlərin yaradıcılığına həsr olunmuş elmi konfransların keçirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Prezident Sərdar Berdiməhəmmədov ortaq tarixi-mədəni irsin dövlətlərarası dialoqun daha da dərinləşməsi üçün möhkəm zəmin yaratdığına əminliyini ifadə edərək Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını vurğulayıb.
Görüşün sonunda Prezident Sərdar Berdiməhəmmədov və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mədəni-humanitar əməkdaşlığın Türkmənistan-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olduğunu qeyd edərək bu əlaqələrin bundan sonra da iki qardaş xalqın rifahı naminə inkişaf edəcəyinə əminliklərini bildirib və bir-birlərinə uğurlar arzulayıblar./32gun.az
Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 5-də bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlini qəbul edib. Sərdar Berdiməhəmmədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamalarını çatdırmağı xahiş edib.DuzXeber.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayıb.
Səmimi qəbula və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir Adil Kərimli qeyd edib ki, Azərbaycan qardaş Türkmənistanla münasibətlərin inkişafına xüsusi önəm verir. O, fürsətdən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına, eləcə də türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova çatdırıb.
Adil Kərimli qarşılıqlı mədəniyyət günlərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq Türkmənistanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.
Görüş zamanı qeyd olunub ki, Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar istiqamətlərdə dinamik inkişaf edir. Son illərdə dövlət və hökumət səviyyəsində keçirilən müntəzəm görüşlər və qarşılıqlı səfərlər nəticəsində tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib.
İkitərəfli gündəlikdə mədəni-humanitar əməkdaşlığın xüsusi yer tutduğu vurğulanıb. Bu baxımdan mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə imkan yaradan birgə tədbirlərin əhəmiyyəti qeyd edilib.
Dövlət başçısı ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin uğurla keçirildiyini xatırladaraq bildirib ki, bu cür mədəni əlaqələr xalqlarımızın daha da yaxınlaşmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Prezident Sərdar Berdiməhəmmədov deyib: “Bu xoş ənənənin davamı olaraq cari ildə Azərbaycan Mədəniyyəti Günləri Türkmənistanda – Aşqabad və Arkadağ şəhərlərində keçirilir. Ölkəmiz Azərbaycanın mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş nümayəndə heyətini böyük məmnuniyyətlə qarşılayır”.
Dövlət başçısı qeyd edib ki, mədəniyyət günləri çərçivəsində konsertlər və digər tədbirlərlə yanaşı, Dövlətməmmət Azadi, Seyid Əzim Şirvani, Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif kimi böyük şair və mütəfəkkirlərin yaradıcılığına həsr olunmuş elmi konfransların keçirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Prezident Sərdar Berdiməhəmmədov ortaq tarixi-mədəni irsin dövlətlərarası dialoqun daha da dərinləşməsi üçün möhkəm zəmin yaratdığına əminliyini ifadə edərək Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını vurğulayıb.
Görüşün sonunda Prezident Sərdar Berdiməhəmmədov və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mədəni-humanitar əməkdaşlığın Türkmənistan-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olduğunu qeyd edərək bu əlaqələrin bundan sonra da iki qardaş xalqın rifahı naminə inkişaf edəcəyinə əminliklərini bildirib və bir-birlərinə uğurlar arzulayıblar./32gun.az
Oxşar xəbərlər
-
19.05.2026Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib (FOTO) -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
11.12.2025Prezident Berdiməhəmmədova zəng etdi - Türkmənistana gedə bilməyəcək -
29.11.2025Nazir Adil Kərimli Ağdamda vətəndaşları qəbul edib - FOTOLAR
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



