Canlı yayım
9.06.2026

Tedesko yeni komandasında imzasını atdı

Ötən mövsüm "Fənərbağça" klubunda fəaliyyət göstərən baş məşqçi Domenico Tedesko İtaliya A Seriyası təmsilçisi "Bologna FC 1909" klubuna baş məşqçi təyin olunub.


DuzXeber.az xarici mediaya istinadən xəbər verir ki, klubun məlumatına görə, 40 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Tedesko bu gün keçirilən imza mərasimində rəsmi olaraq Bolonya klubuna qoşulub.


O, ötən mövsüm "Fənərbağça"ya rəhbərlik etməklə yanaşı, daha əvvəl "FC Schalke 04", "Spartak Moskva", "RB Leipzig" klublarını və Belçika milli futbol komandasını da çalışdırıb.


Qeyd edək ki, Tedesko aprel ayında "Fənərbağça"da vəzifəsindən ayrılmışdı.

Xəbər lenti