Canlı yayım
15.06.2026

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Dulce de Leche Latin Amerika mətbəxinin əsas sütunlarından biri olan və tərcümədə "sütün şirniyyatı" mənasını verən ikonik bir sousdur. Süd və şəkərin qabartma sodası ilə birlikdə, çox az odda saatlarca bişirilməsiylə əldə edilən bu ləzzət qatı və məxməri quruluşu ilə tanınır.
DuzXeber.az milli.az-istinadən bu məşhur sous haqqında bilməli olduğunuz mühüm məqamlar və onun hazırlanma qaydasını təqdim edir:
Görünüşcə karamelə bənzəsə də, hazırlanma texnikası və kimyası tamamilə fərqlidir. Klassik karamel sadəcə şəkərin əridilməsi (karamelizasiya) ilə düzəldiyi halda, Dulce de Leche öz rəngini və dadını süd zülalları ilə şəkərin istilik qarşısında reaksiyaya girməsindən, yəni "Maillard reaksiyası"ndan alır.
Lazım olan ərzaqlar:

Süd: 1 litr tam yağlı süd (üstünlük lə təmiz kənd südü və ya mağazadan alınan yağlı süd).
Şəkər: 1 stəkan + 2 xörək qaşığı şəkər tozu (təxminən 250 qram).
Qabartma sodası: 1 çay qaşığı (silmə) çörək sodası.
Ətir üçün: 1 paket vanil və ya 1 ədəd çubuq vanil (istəyə görə).
Hazırlanma mərhələləri
Geniş və qalın dibli bir qazanda südü, şəkər tozunu və əgər istifadə edirsinizsə vanili şəkər tam əriyənə qədər qarışdıraraq qaynama həddinə çatdırın.
Süd qaynayan kimi qazanı ocaqdan kənara çəkin və ya odun dərəcəsini tam azaldıb sodanı əlavə edin. Soda südə daxil olduqda sürətlə köpüklənib qabaracağı üçün tel çırpıcı ilə sürətlə qarışdırıb köpüyü yatırdın.
Qazanı yenidən ən az oda yerləşdirin. Südün içindəki suyun buxarlanması üçün ilk 1 saat ərzində hər 10-15 dəqiqədən bir qarışdırın.
Təxminən 1.5-2 saatın sonunda həcmi azalan və rəngi tündləşən sousu, xüsusilə son 20 dəqiqədə dibi tutmasın deyə fasiləsiz qarışdırın.
Sous boza və ya axıcı pudinq qatılığına gəldikdə ocaqdan götürün. Hazır olduğunu yoxlamaq üçün soyuq bir boşqaba sousdan bir damcı damladın; boşqabı əydikdə sous su kimi axmırsa, ağır və yavaş yayılırsa, deməli hazırdır.
İsti sousu təmiz və quru şüşə bankaya doldurun. Otaq temperaturuna gələnə qədər qapağını açıq saxlayın, tam soyuduqdan sonra isə ağzını möhkəm bağlayıb soyuducuya qoyun.

Xəbər lenti