Taksi xidmətlərində qiymət artımı yenidən gündəmdədir. Sərnişinlər bildirirlər ki, son günlər tariflər təkcə pik saatlarda deyil, günün demək olar ki, bütün saatlarında əvvəlkindən daha yüksəkdir. Bəs qiymətlərin artmasına səbəb nədir?
Məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova DuzXeber.az-a açıqlamasında bildirib ki, “Bolt” tətbiqi vasitəsilə sifariş olunan səfərlər üzrə qiymətlərin formalaşmasına eyni zamanda bir neçə amil təsir göstərir.
Onun sözlərinə görə, bunlara tələbatın səviyyəsi, günün saatı, yol şəraiti və tıxaclar, ərazidə mövcud sürücülərin sayı, marşrut üzrə vaxt itkisi və səfərin ümumi müddəti daxildir.
“Bəzi hallarda qısa məsafəli - məsələn, 2 km-lik səfərlər yüksək tələbat olan saatlarda və ya tıxaclı ərazilərdə həyata keçirildiyi üçün qiymət daha yüksək görünə bilər. Eyni zamanda, 7-8 km məsafəli, lakin daha rahat və sürətli marşrut üzrə edilən səfərlərin qiyməti oxşar səviyyədə formalaşa bilər.
Bundan başqa, müxtəlif xarici amillərin təsiri ilə bəzi hallarda qiymətlərdə artım müşahidə oluna bilər. Bu yanaşmanın əsas məqsədi sürücülərin gəlirlərini qorumaq, onların qazancının azalmasının qarşısını almaq və platformada fəaliyyətlərini davamlı və məmnun şəkildə təmin etməkdir.
“Bolt”un dinamik qiymət mexanizmi sürücülər üçün ədalətli qazancı təmin etməyi və sərnişinlər üçün xidmətin fasiləsiz və əlçatan qalmasını hədəfləyir”, - açıqlamada qeyd olunub.
“Yango”nun mətbuat katibi Rüstəm Əzimov isə saytımıza açıqlamasında bildirib ki, bu taksi şirkətində səfərin qiyməti avtomatlaşdırılmış alqoritm əsasında, sırf həmin an şəhərdəki real vəziyyətə uyğun olaraq formalaşır.
“Yekun məbləğ birbaşa həmin dəqiqədə xətdə olan boş avtomobillərin sayı ilə sifarişlərin nisbətindən, yollardakı sıxlıqdan, hava şəraitindən və təyinat yerinin xüsusiyyətlərindən asılı olur. Əgər müəyyən bir ərazidə tələbat mövcud boş maşınlardan qat-qat çoxdursa, alqoritm avtomatik olaraq sürücüləri həmin istiqamətə cəlb etmək və təcili getməli olan sərnişinlərə maşın təmin etmək üçün sistemi tənzimləyir.
Yollardakı hərəkətlilik azaldıqda və balans bərpa olunduqda qiymət dərhal adi vəziyyətinə qayıdır”, - o vurğulayıb.
Gündəm / Cəmiyyət
Bakıda taksi xidmətləri niyə bahalaşıb?
Gündəm / İdman
Çempionlar Liqası: Əsas mərhələyə start verilir
Gündəm / Dünya
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - Analitik
Gündəm / Üst xəbər
Peşə Təhsilində küləvi narazılıq- Müqavilə ilə kimlər və necə işə götürülür?
Gündəm / Təhsil
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir - “Çox ciddi problemlər var” - VİDEO
Gündəm / Dünya
Avstraliyada ilk dəfə göbələkdən hazırlanmış tabutla dəfn keçirildi
Gündəm / Hadisə
Tovuzda dəhşətli qəza: Ölən var
Gündəm / Cəmiyyət
Bakıda güclü yağış yolları iflic etdi – Küçələr keçilməz hala düşdü
Gündəm / Manşet
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Gündəm / Hadisə
Qubada kanaldan meyit tapıldı
Gündəm / Hadisə
Şüşə balkon qırıldı, qadının başına düşdü - Video
Gündəm / Hadisə / Mədəniyyət
İlham Mirzəyevin vəziyyəti ağırdır
Gündəm / Manşet
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Gündəm / Təhsil
Məleykə Abbaszadə: Ədalət yalnız hamıya eyni qaydanı tətbiq etmək deyil
Gündəm / Hadisə
Qəzaya düşən Xalq artisti ilə bağlı VACİB XƏBƏR - FOTO
Gündəm / Siyasət
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?
Gündəm / Üst xəbər
Bakını vuracaq leysanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Siyasət / Dünya
İran rejiminin sonu yaxınlaşır - İsrailin Təhlükəsizlik Kabineti toplaşdı
Gündəm / Dünya
Dünya böhrana hazırlaşır: Mərkəzi banklar qızıl ehtiyatlarını köçürür
Gündəm / İdman
"Sabah"la oyundan əvvəl "Mançester Yunayted"in ulduz futbolçusu zədələndi - FOTO
Gündəm / Hadisə
Əməkdar artist komaya düşüb - Yenilənib
Gündəm / Cəmiyyət
Ayın 8-də yağış qara keçəcək, dolu düşəcək – Proqnoz
Gündəm / Cəmiyyət
Bakıda taksi xidmətləri niyə bahalaşıb?
Gündəm / Dünya
İran bu ölkəyə xəbərdarlıq etdi: Cavab veriləcək!
Gündəm / Manşet
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Gündəm / Cəmiyyət
Yeni yol nişanını görənlər təəccüblənir – Mənası məlum oldu
Gündəm / Sosial
Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama
Gündəm / Sosial
“AzerGold” Söyüdlü qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - VİDEO
Gündəm / Manşet
Goranboy 2 saylı məktəbdə bitmək bilməyən qalmaqal:Keçmiş direktordan yeni özbaşınalıq iddiaları
Gündəm / Hadisə
Sükan arxasında yuxuya getdi, qəza törətdi - GÖRÜNTÜ
Gündəm / Təhsil
