Bakıda yağan güclü yağış şəhər infrastrukturu və nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Yağıntının intensivliyi səbəbindən bir sıra mərkəzi və ətraf küçələri, xüsusilə Yasamal rayonu və "İnşaatçılar" metrosu ərazisini su basıb. Yollarda suyun səviyyəsinin qalxması nəticəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti kəskin məhdudlaşıb.
DuzXeber.az nocomment.az-a istinadən xəbər verir ki,görüntülərdə su altında qalan küçələr və çətinliklə hərəkət edən avtomobillər əks olunub. Sakinlər sosial şəbəkələrdə drenaj sistemlərinin yetərsizliyindən gileylənərək hər yağış zamanı oxşar mənzərənin təkrarlandığını bildirirlər.

Paylaş