
Peşə Təhsili üzrə Dövlət Agentliyinin ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.
DuzXeber.az bildirir ki, Agentliyin rəsmi sosial hesabında yaydığı məlumatda qeyd olunur ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Yəni, artıq müsahibə bitib və cavablar bəllidir...
Lakin bu paylaşımın ardınca müsabiqədə iştirak edən, amma hələ də nəticələri barədə cavab ala bilməyən şəxslərin narazılığı diqqət çəkib. Paylaşımın şərh bölməsində iştirakçılar Agentliyə suallar ünvanlayıblar. Onlar müsabiqənin nəticələri, cavabların nə vaxt açıqlanacağı və müraciətlərə hansı formada cavab veriləcəyi ilə bağlı məlumat istəyiblər.
Belə ki, şərhlərin birində yazılır...
“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, sizdən suallarıma cavabı necə, hansı formada ala bilərəm? Nə zəngə, nə mesaja cavab verilir!”
Digər iştirakçılar da nəticələrin nə zaman açıqlanacağı ilə bağlı suallar veriblər. Amma Agentlikdən heç bir cavab verilməyib.
Müsabiqədə neçə nəfər iştirak edib, neçə nəfər uğur qazanıb?
Narazılığın əsas səbəblərindən biri də Peşə Təhsili üzrə Dövlət Agentliyinin müsabiqə ilə bağlı ətraflı statistikanı açıqlamamasıdır. Agentliyin neçə nəfəri müsabiqənin növbəti mərhələsinə keçirdiyi, neçə nəfərin uğurlu nəticə əldə etdiyi, hansı peşə təhsili müəssisələrinə neçə müəllim və istehsalat təlimi ustasının qəbul olunduğu barədə ictimaiyyətə ətraflı məlumat verilmir.
Müsabiqədə iştirak edən şəxslər isə nəticələrin şəffaf şəkildə açıqlanmasını və verilən sualların cavablandırılmasını istəyirlər.
Məlumata görə, müsahibə mərhələsindən çox az sayda şəxsin uğurlu nəticə əldə etdiyi, boş qalan yerlərə isə müqavilə əsasında işə qəbul prosesinin davam etdiriləcəyi bildirilir.
Müqavilə ilə işə qəbul məsələsi də narazılıq doğurur
Peşə təhsili sistemində müqavilə əsasında işə qəbul son illərdə daha aktiv xarakter alıb. İddialara görə, direktorlar Peşə Təhsili üzrə Dövlət Agentliyində çalışan rəhbər şəxslərlə razılaşdırılmış şəkildə boş ştat yerlərinə birillik müqavilə ilə şəxsləri işə qəbul edirlər.
Bu məsələ uzun illərdir narazılıqlarla qarşılanır. Müsabiqədə iştirak edən, yüksək bal toplayan və müsahibəyə dəvət olunan, lakin sonda “qəbul edilmədi” cavabı alan şəxslərin kənarda saxlanıldığı, bunun əvəzində isə ümumiyyətlə peşə təhsili sisteminə aid olmayan, imtahanda iştirak etməyən və təcrübəsi olmayan şəxslərin birillik müqavilə ilə işə qəbul edildiyi ilə bağlı faktlar mövcuddur. İddialara görə, müqavilə ilə işə qəbullar bəzi direktorlarla əvvəlcədən razılaşdırılır və müxtəlif yollarla həyata keçirilir. Bu iddiaların aidiyyəti qurumlar tərəfindən araşdırılması zəruridir. Müqavilə ilə işə qəbul edilən şəxslərin kimliyi, onların direktorlarla və Agentliyin rəhbər şəxsləri ilə hansı qohumluq, yaxınlıq, dostluq və digər əlaqələrinin olub-olmaması da araşdırılmalı məsələlərdəndir. Əgər bu iddiaları Agentliyin özü araşdıra bilmirsə, digər aidiyyəti qurumlar tərəfindən araşdırılması vacibdir.
Məlumata görə, artıq müqavilə əsasında işə qəbul prosesi başlayıb və boş qalan yerlərə kütləvi şəkildə müqavilə ilə işə qəbul həyata keçiriləcək.
Peşə mərkəzlərində texniki işçilərlə bağlı da iddialar var
Bununla yanaşı, iddialara görə, bir sıra peşə təhsili mərkəzlərində çoxsaylı texniki işçilər də işə qəbul edilib. İddialarda həmin şəxslərin bir qisminin direktorların və Peşə Təhsili üzrə Dövlət Agentliyində çalışan rəhbər şəxslərin qohumları, dostları və yaxınları olduğu bildirilir. Bu, peşə təhsili sistemində işə qəbul prosesinin şəffaflığı ilə bağlı ciddi problemlərin mövcudluğunu göstərən faktlar hesab olunmalıdır.
Məhz bu faktlar imtahan və müsabiqə prosesinin formal keçirilməsi ilə bağlı sualları da gündəmə gətirir. İmtahanda iştirak edib yüksək nəticə göstərən şəxslərin işə qəbul edilməməsi, digər tərəfdən isə müsabiqədə iştirak etməyən şəxslərin müqavilə əsasında işə götürülməsi ilə bağlı iddialara aydınlıq gətirilməlidir.
Yeni rəhbərlik köhnə problemləri aradan qaldıra bilmədi?
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının fəaliyyəti ilə bağlı da narazılıqlar səsləndirilir. Mövcud iddiaların araşdırılmaması və işə qəbul prosesinin şəffaflığı ilə bağlı sualların cavabsız qalması isə peşə təhsili sistemində əvvəlki problemlərin yeni rəhbərlik dövründə də davam etdiyini göstərir.
İndi əsas sual budur - Peşə Təhsili üzrə Dövlət Agentliyi müsabiqənin nəticələri ilə bağlı tam statistikanı nə vaxt açıqlayacaq və iştirakçıların cavabsız qalan suallarına niyə aydın cavab verilmir?
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin mövqeyini dərc etməyə hazırıq.(Xalqxeber.az)
Gündəm / Üst xəbər
Peşə Təhsilində küləvi narazılıq- Müqavilə ilə kimlər və necə işə götürülür?
Gündəm / İdman
Çempionlar Liqası: Əsas mərhələyə start verilir
Gündəm / Dünya
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - Analitik
Gündəm / Üst xəbər
Peşə Təhsilində küləvi narazılıq- Müqavilə ilə kimlər və necə işə götürülür?
Gündəm / Təhsil
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir - “Çox ciddi problemlər var” - VİDEO
Gündəm / Dünya
Avstraliyada ilk dəfə göbələkdən hazırlanmış tabutla dəfn keçirildi
Gündəm / Hadisə
Tovuzda dəhşətli qəza: Ölən var
Gündəm / Cəmiyyət
Bakıda güclü yağış yolları iflic etdi – Küçələr keçilməz hala düşdü
Gündəm / Manşet
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Gündəm / Hadisə
Qubada kanaldan meyit tapıldı
Gündəm / Hadisə
Şüşə balkon qırıldı, qadının başına düşdü - Video
Gündəm / Hadisə / Mədəniyyət
İlham Mirzəyevin vəziyyəti ağırdır
Gündəm / Manşet
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Gündəm / Təhsil
Məleykə Abbaszadə: Ədalət yalnız hamıya eyni qaydanı tətbiq etmək deyil
Gündəm / Hadisə
Qəzaya düşən Xalq artisti ilə bağlı VACİB XƏBƏR - FOTO
Gündəm / Siyasət
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?
Gündəm / Üst xəbər
Bakını vuracaq leysanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Siyasət / Dünya
İran rejiminin sonu yaxınlaşır - İsrailin Təhlükəsizlik Kabineti toplaşdı
Gündəm / Dünya
Dünya böhrana hazırlaşır: Mərkəzi banklar qızıl ehtiyatlarını köçürür
Gündəm / İdman
"Sabah"la oyundan əvvəl "Mançester Yunayted"in ulduz futbolçusu zədələndi - FOTO
Gündəm / Hadisə
Əməkdar artist komaya düşüb - Yenilənib
Gündəm / Cəmiyyət
Ayın 8-də yağış qara keçəcək, dolu düşəcək – Proqnoz
Gündəm / Cəmiyyət
Bakıda taksi xidmətləri niyə bahalaşıb?
Gündəm / Dünya
İran bu ölkəyə xəbərdarlıq etdi: Cavab veriləcək!
Gündəm / Manşet
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Gündəm / Cəmiyyət
Yeni yol nişanını görənlər təəccüblənir – Mənası məlum oldu
Gündəm / Sosial
Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama
Gündəm / Sosial
“AzerGold” Söyüdlü qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - VİDEO
Gündəm / Manşet
Goranboy 2 saylı məktəbdə bitmək bilməyən qalmaqal:Keçmiş direktordan yeni özbaşınalıq iddiaları
Gündəm / Hadisə
Sükan arxasında yuxuya getdi, qəza törətdi - GÖRÜNTÜ
Gündəm / Təhsil
