Canlı yayım
30.06.2026

Bu tarixdə yerə çırpıla bilər: Ən təhlükəli asteroidlə bağlı xəbərdarlıq

Hazırda Yer üçün ən təhlükəli hesab edilən 2024 YR4 asteroidi ilə bağlı yeni açıqlama verilib.
DuzXeber.az xəbər verir ki, bu barədə TASS-a astronomiya üzrə ekspert Yevgeni Burmistrov danışıb.
Ekspertin sözlərinə görə, mövcud hesablamalara əsasən, 2024 YR4 asteroidi 22 dekabr 2032-ci ildə Yer atmosferinə daxil ola bilər.
Burmistrov bildirib ki, belə cismin Yerə düşməsi zərbə nöqtəsindən təxminən 30 kilometr radiusda ciddi dağıntılara səbəb ola bilər. Onun sözlərinə görə, bu miqyas böyük bir şəhərin zərər görməsi ilə müqayisə olunur.
Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, belə hadisənin baş vermə ehtimalı olduqca aşağıdır - cəmi 0,0017 faiz.
Asteroidin trayektoriyası ilə bağlı daha dəqiq məlumat 2028-ci ildə onun Yerə növbəti yaxınlaşması zamanı əldə olunacaq.

Xəbər lenti