Canlı yayım
2.07.2026

Bakıda avtomobilin vurduğu piyadanın ayaqları sınıb

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb.
DuzXeber.az  xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Məlumata görə, “Kia” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Nurlan Gülməmməd oğlu Əsgərovu vurub.
Qəza nəticəsində piyada ayaqlarından sınıq xəsarətləri alıb. Sürücü yaralını dərhal xəstəxanaya çatdırıb.
Hazırda zərərçəkənə tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti