lm və Təhsil Nazirliyi (ETN), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), o cümlədən onlara tabe olan regional idarə və sektorlar səviyyəsində genişmiqyaslı maliyyə yoxlamalarının aparılması artıq qaçılmaz zərurətə çevrilib. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün yüksək vəzifə tutan bir sıra məmurlar dövlət büdcəsini “mədəni yollarla” mənimsəmək xəttini tutublar.
DuzXeber.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Vüqar Məmmədov bildirib. O qeyd edib ki, ən acınacaqlısı isə odur ki, bütün bu proseslərə nəzarət etməli olan bəzi aidiyyəti təşkilatlar mövcud neqativ hallara göz yumaraq özbaşınalıqların daha da genişlənməsinə münbit şərait yaradırlar:
“Sistemdəki qanunsuzluqlar ən qabarıq şəkildə kadr siyasətində, xüsusən də işə qəbul və təyinat mexanizmlərində özünü büruzə verir.
İdarələrdə vəzifələrə təyinatlar, Direktorların və Müəllimlərin İşə Qəbulu (DİQ, MİQ) prosesləri, habelə müəllimlərin iş yeri yerdəyişmələri bəzən obyektivlikdən uzaqlaşaraq fərdi maraqların təmini alətinə çevrlir. Rəhbər kadrların heç bir ehtiyaca əsaslanmayan qeyri-qanuni rotasiyası və hətta texniki işçilərin işə qəbulunda belə müşahidə edilən qeyri-şəffaf mühit idarəetmədə inhisarçılığı daha da dərinləşdirir.
Dövlət vəsaitlərinin şübhəli şəkildə xərcləndiyi əsas istiqamətlərdən biri də infrastruktur layihələri və məktəblərin təminat məsələləridir. Təhsil müəssisələrində həyata keçirilən təmir-tikinti işləri, həmçinin təsərrüfat xərclərinin idarə olunması zamanı yol verilən yeyintilər ciddi narahatlıq doğurur. Ayrılan maliyyə vəsaitlərinin müqabilində bəzən keyfiyyətsiz işlərin təhvili və hesabatlardakı uyğunsuzluqlar bu sahədə mütləq şəkildə amansız audit yoxlamalarının aparılmasını zəruri edir”.
Ekspert bildirib ki, məktəbdaxili mühitdə baş verən özbaşınalıqlar isə bu zərərli zəncirin ən təhlükəli halqası hesab olunur:
“Dərs bölgüsü zamanı yaranan ədalətsizliklər, süni yollarla məktəbdə əlavə gəlirlərin əldə edilməsi və təhsil ocaqlarında iaşə işlərinin bərbad təşkili mənəvi tənəzzüldən xəbər verir. Bütün bu mənfi hallara bilərəkdən rəvac verən, onlara birbaşa şərait yaradan məktəb rəhbərləri təhsil müəssisələrini elm ocağı kimi deyil, özlərinin şəxsi qazanc mənbəyi kimi idarə edirlər.
Sadalanan onlarla acı fakt təhsil sisteminin xilası üçün dərhal şəffaf, kənar və obyektiv təftişlərin aparılmasını tələb edir.
Mövcud vəziyyətdə bütün tabe qurumların fəaliyyəti dərindən yoxlanılmalı, təhsilin inkişafına mane olan və sistemi mənfəət mənbəyinə çevirənlər hüquqi müstəvidə ciddi şəkildə cəzalandırılmalıdır. Yalnız belə qətiyyətli addımlarla dövlət büdcəsinin talanmasının qarşısını almaq və ölkənin gələcəyi olan təhsil sistemində nizam-intizamı bərpa etmək mümkündür”./Gülşən Rəsul
ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır – Ekspert
Gündəm / Manşet / Üst xəbər
98 nömrəli uşaq bağçasında uşağın döyüldüyü iddia olunur – Təhsil İdarəsi araşdırma aparacaq
Gündəm / Təhsil / Üst xəbər
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
Gündəm / Hadisə
Mopedlə motosiklet toqquşdu - 2 nəfər xəsarət aldı
Gündəm / Cəmiyyət
Səhv etmək insana xasdır: Uşaqlara sosial məsuliyyəti öyrətməyin 10 yolu
Gündəm / Cəmiyyət
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Gündəm / Səhiyyə / Üst xəbər
“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMA
Gündəm / Bölgə / Cəmiyyət
Ağdamdan Xankəndiyə dəmir yolu ilə bağlı SON MƏLUMAT
Gündəm / Cəmiyyət
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Gündəm / Dünya
“Naftoqaz” şirkətinin müəssisəsi məhv edildi
Gündəm / Cəmiyyət
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Gündəm / Cəmiyyət
Azərbaycanda mal əti bahalaşdı
Gündəm / Bölgə
Prezident: Kəlbəcər, Ağdərə və Zəngilanda yataqlar işə salınacaq
Gündəm / Siyasət
İsraildən Ərdoğana “xəbərdarlıq”: Bir israilli əsgər...
Gündəm / Üst xəbər
Diplomsuz kosmetoloq pasiyentə zərər yetirdi - Estetik klinika CƏRİMƏLƏNDİ
Gündəm / Cəmiyyət
Azərbaycan Mərkəzi Bankından "Rabitəbank"la bağlı ŞOK QƏRAR
Gündəm / Cəmiyyət
Niyə uşaqlara qışqırmamalısınız? - Ani nəticələr baha başa gəlir
Gündəm / Sosial
Kamran Abdullayev SOCAR-da yüksək vəzifəyə təyin olundu - FOTO
Gündəm / Üst xəbər
"Araz Supermarket" barədə protokol tərtib olunub
Gündəm / Cəmiyyət / Manşet
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Gündəm / Səhiyyə
Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
Gündəm / Cəmiyyət
Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Gündəm / Manşet
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
Gündəm / Cəmiyyət
Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
Gündəm / İdman
Dünya bu qoldan danışır - VİDEO
Gündəm / Kriminal
11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir
Gündəm / Hadisə
Bakı Konqres Mərkəzindəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Hadisə
Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü
Gündəm / Cəmiyyət
Havada tozun miqdarı normadan artıqdır
Gündəm / Cəmiyyət
Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
Gündəm / Manşet