18.07.2026
“Kontakt Home” mağazalar şəbəkəsindən alınan daha bir məhsulun yararsız olduğu məlum olub.
Bu barədə sosial şəbəkədə vətəndaş Ülfət Talıbova yazıb. O, “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı məhsulla bağlı narazılığını sosial şəbəkədə ictimailəşdirib.
Bildirib ki, təxminən bir il əvvəl “Beko” markalı fritoz alıb. Məhsulun 2 illik “Qızıl sığorta” və 1 illik standart zəmanəti olduğunu qeyd edən vətəndaşın sözlərinə görə, iki ay əvvəl fritozun qazanında problem yarandığı üçün Reset Servis Mərkəzinə müraciət edib.
Şikayətçinin iddiasına əsasən, mayın 16-da rəsmi sənədləşmə aparılıb və ehtiyat hissəsinin Türkiyədən sifariş edildiyi bildirilib. Ona, Türkiyədə bayram günlərinin olacağı nəzərə alınaraq, məhsulun ən geci bir ay ərzində təhvil veriləcəyi vəd edilib.
Lakin Ülfət Talıbova bildirir ki, artıq iki ay keçməsinə baxmayaraq, sifariş edilən ehtiyat hissəsi hələ də ona təqdim olunmayıb. O, dəfələrlə Reset Servisə müraciət etsə də, problemin həll olunmadığını deyib.
Vətəndaş paylaşımında “Kontakt Home”a da müraciət edərək, məhsulu həmin mağazadan aldığını və “Qızıl sığorta” üçün əlavə ödəniş etdiyini xatırladıb. O, kredit ödənişlərində gecikməyə görə müştərilərdən cərimə tutulduğunu vurğulayaraq, eyni həssaslığın müştəri hüquqlarının qorunmasına da göstərilməli olduğunu bildirib.
Şikayətçi sonda “Kontakt Home”dan fritozun ehtiyat hissəsinin nə vaxt təqdim ediləcəyinə dair açıqlama verməsini tələb edib.
Qeyd edək ki, bu iddialar vətəndaşın sosial şəbəkə paylaşımına əsaslanır. Qarşı tərəfin mövqeyi məlum deyil.
Xatırladaq ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Tribuna.az-a açıqlaması zamanı bildirmişdi ki, ölkədə ən çox şikayət olunan elektronik ev əşyaları satan mağaza “Kontakt Home”dur. İB sədrinin sözlərinə görə, alıcılara “Kontakt Home”da yararsız məhsullar satılı, müştərilər endirim adı ilə aldadılır və məhkəmələrdə incidilir.(Tribuna.az)
Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto
“Kontakt Home” mağazalar şəbəkəsindən alınan daha bir məhsulun yararsız olduğu məlum olub.Bu barədə sosial şəbəkədə vətəndaş Ülfət Talıbova yazıb. O, “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı məhsulla bağlı narazılığını sosial şəbəkədə ictimailəşdirib.
Bildirib ki, təxminən bir il əvvəl “Beko” markalı fritoz alıb. Məhsulun 2 illik “Qızıl sığorta” və 1 illik standart zəmanəti olduğunu qeyd edən vətəndaşın sözlərinə görə, iki ay əvvəl fritozun qazanında problem yarandığı üçün Reset Servis Mərkəzinə müraciət edib.
Şikayətçinin iddiasına əsasən, mayın 16-da rəsmi sənədləşmə aparılıb və ehtiyat hissəsinin Türkiyədən sifariş edildiyi bildirilib. Ona, Türkiyədə bayram günlərinin olacağı nəzərə alınaraq, məhsulun ən geci bir ay ərzində təhvil veriləcəyi vəd edilib.
Lakin Ülfət Talıbova bildirir ki, artıq iki ay keçməsinə baxmayaraq, sifariş edilən ehtiyat hissəsi hələ də ona təqdim olunmayıb. O, dəfələrlə Reset Servisə müraciət etsə də, problemin həll olunmadığını deyib.
Vətəndaş paylaşımında “Kontakt Home”a da müraciət edərək, məhsulu həmin mağazadan aldığını və “Qızıl sığorta” üçün əlavə ödəniş etdiyini xatırladıb. O, kredit ödənişlərində gecikməyə görə müştərilərdən cərimə tutulduğunu vurğulayaraq, eyni həssaslığın müştəri hüquqlarının qorunmasına da göstərilməli olduğunu bildirib.
Şikayətçi sonda “Kontakt Home”dan fritozun ehtiyat hissəsinin nə vaxt təqdim ediləcəyinə dair açıqlama verməsini tələb edib.
Qeyd edək ki, bu iddialar vətəndaşın sosial şəbəkə paylaşımına əsaslanır. Qarşı tərəfin mövqeyi məlum deyil.
Xatırladaq ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Tribuna.az-a açıqlaması zamanı bildirmişdi ki, ölkədə ən çox şikayət olunan elektronik ev əşyaları satan mağaza “Kontakt Home”dur. İB sədrinin sözlərinə görə, alıcılara “Kontakt Home”da yararsız məhsullar satılı, müştərilər endirim adı ilə aldadılır və məhkəmələrdə incidilir.(Tribuna.az)
Oxşar xəbərlər
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
23.01.2026Azərbaycanda maşın bazarında ən çox belə ALDADIRLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
27.11.202516 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı
Xəbər lenti
-
8.08.2026AYNA şefi öz ampulasında -Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir/VİDEO
-
8.08.2026Taksidən oğurluq edən şəxs saxlanıldı
-
8.08.2026Nazirlik su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi
-
8.08.2026Yaponiyanın iki adası təcili boşaldılır - VİDEO
-
8.08.2026"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
-
8.08.2026PUA təhlükəsi: Gelencikdə bütün çimərliklər bağlandı
-
8.08.2026Paşinyandan Əliyevə tarixi ZƏNG: Sülh gündəliyində yeni mərhələ
-
8.08.2026PUA təhlükəsi: Gelencikdə bütün çimərliklər bağlandı
-
8.08.2026Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
-
8.08.2026Sabirabadda həyətdən yeniyetmə qızın meyiti tapıldı
-
8.08.2026Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
-
8.08.2026“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi
-
8.08.2026Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
8.08.2026Ukrayna Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurdu
-
8.08.2026Gürcüstan gömrüyündə saxlanılan azərbaycanlı sürücülərin problemi həll edilir
-
8.08.2026Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi
-
8.08.2026Sürücülərin kabusu: Ödənişli yol qaranlığa qərq olub - Pullar haraya gedir?
-
8.08.2026NATO-dan SƏRT XƏBƏRDARLIQ: Rusiya bu ərazini işğal edəcək
-
8.08.2026Cəbrayıl, Zəngilan və Qubadlı rayonları...
-
8.08.2026Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı
-
8.08.2026"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
-
8.08.2026Bu ərazidə pensiyalar ödənildi
-
8.08.2026Xocavənddə traktor MİNAYA DÜŞDÜ
-
8.08.2026Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
-
8.08.2026Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
-
8.08.2026Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
8.08.2026Sumqayıtda sex və mağaza yandı - VİDEO
-
8.08.2026Rusiyada neft emalı zavodları yenə vuruldu
-
8.08.2026Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
-
8.08.2026Əkin sahəsindən qadın meyiti tapıldı



