27.07.2026
Fransanın cənub-qərbində davam edən genişmiqyaslı meşə yanğınları ölkədə ciddi fövqəladə vəziyyət yaradıb. Girond departamentində başlayan alovlar Bordo şəhəri istiqamətində irəlilədiyi üçün indiyədək 220 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Yanğınların söndürülməsinə yüzlərlə yanğınsöndürən, xüsusi aviasiya vasitələri və fermerlər də cəlb olunub.
DuzXeber.az xəbər verir ki, Fransanın ən böyük şəhərlərindən biri olan Bordo hazırda yanğın təhlükəsi ilə üz-üzədir. Güclü külək və yüksək temperatur səbəbindən alovların sürətlə yayılması şəhər ətrafında qalın tüstü qatının yaranmasına səbəb olub.
Sakinlərin bir qismi evlərini tərk edib, minlərlə insan isə Bordodakı sərgi mərkəzində yaradılmış müvəqqəti sığınacaqlarda yerləşdirilib. Rəsmilər hələlik şəhərin tam təxliyəsi barədə qərar verməsələr də, vəziyyətin daim nəzarətdə saxlanıldığını bildirirlər.
Yanğınların söndürülməsi üçün yüzlərlə yanğınsöndürən gecə-gündüz fəaliyyət göstərir. Əraziyə su daşıyan təyyarələr cəlb olunub, yerli fermerlər isə traktorlarına qoşduqları su çənləri ilə alovla mübarizəyə dəstək verirlər.
Eyni zamanda, meşələrdən xilas edilən vəhşi heyvanlar və ev heyvanları təhlükəsiz ərazilərə aparılır. Baytarlar onların müalicəsi və mühafizəsi ilə məşğul olur.
Rəsmi məlumata görə, Girond bölgəsində baş verən yanğınlar nəticəsində indiyədək 42 min hektardan çox ərazi yanıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu yay ölkə üzrə ümumilikdə 115 min hektar meşə və yaşıllıq sahəsi alovların qurbanı olub ki, bu da son illərin orta göstəricisindən dəfələrlə yüksəkdir.
Meteoroloqlar Bordo və ətraf bölgələrdə yaxın günlərdə havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyini proqnozlaşdırırlar. Mütəxəssislər hesab edirlər ki, isti hava və dəyişkən küləklər yanğınların söndürülməsini daha da çətinləşdirə bilər.
Fransa hakimiyyəti sakinləri rəsmi xəbərdarlıqlara əməl etməyə, təxliyə göstərişi veriləcəyi halda isə təhlükəsiz ərazilərə dərhal keçməyə çağırıb./Musavat.com/
Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur
Fransanın cənub-qərbində davam edən genişmiqyaslı meşə yanğınları ölkədə ciddi fövqəladə vəziyyət yaradıb. Girond departamentində başlayan alovlar Bordo şəhəri istiqamətində irəlilədiyi üçün indiyədək 220 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Yanğınların söndürülməsinə yüzlərlə yanğınsöndürən, xüsusi aviasiya vasitələri və fermerlər də cəlb olunub.DuzXeber.az xəbər verir ki, Fransanın ən böyük şəhərlərindən biri olan Bordo hazırda yanğın təhlükəsi ilə üz-üzədir. Güclü külək və yüksək temperatur səbəbindən alovların sürətlə yayılması şəhər ətrafında qalın tüstü qatının yaranmasına səbəb olub.
Sakinlərin bir qismi evlərini tərk edib, minlərlə insan isə Bordodakı sərgi mərkəzində yaradılmış müvəqqəti sığınacaqlarda yerləşdirilib. Rəsmilər hələlik şəhərin tam təxliyəsi barədə qərar verməsələr də, vəziyyətin daim nəzarətdə saxlanıldığını bildirirlər.
Yanğınların söndürülməsi üçün yüzlərlə yanğınsöndürən gecə-gündüz fəaliyyət göstərir. Əraziyə su daşıyan təyyarələr cəlb olunub, yerli fermerlər isə traktorlarına qoşduqları su çənləri ilə alovla mübarizəyə dəstək verirlər.
Eyni zamanda, meşələrdən xilas edilən vəhşi heyvanlar və ev heyvanları təhlükəsiz ərazilərə aparılır. Baytarlar onların müalicəsi və mühafizəsi ilə məşğul olur.
Rəsmi məlumata görə, Girond bölgəsində baş verən yanğınlar nəticəsində indiyədək 42 min hektardan çox ərazi yanıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu yay ölkə üzrə ümumilikdə 115 min hektar meşə və yaşıllıq sahəsi alovların qurbanı olub ki, bu da son illərin orta göstəricisindən dəfələrlə yüksəkdir.
Meteoroloqlar Bordo və ətraf bölgələrdə yaxın günlərdə havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyini proqnozlaşdırırlar. Mütəxəssislər hesab edirlər ki, isti hava və dəyişkən küləklər yanğınların söndürülməsini daha da çətinləşdirə bilər.
Fransa hakimiyyəti sakinləri rəsmi xəbərdarlıqlara əməl etməyə, təxliyə göstərişi veriləcəyi halda isə təhlükəsiz ərazilərə dərhal keçməyə çağırıb./Musavat.com/
Oxşar xəbərlər
-
24.07.2026Makron Avropa Birliyindən kömək istədi -
11.05.2026Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub? -
16.03.2026Tikinti terroru: “Bizim MTK” sakinləri gecə yatmağa qoymur… -FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
6.02.2026İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi - FOTO
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



